İKT

Köhnə fotoşəkilləri xilas edək – "GOOGLE" DAN İXTİRA
21 NOYABR
630

Köhnə fotoşəkilləri xilas edək – "GOOGLE" DAN İXTİRA

2016-11-21 16:03:00
Hal-hazırda çap olunmuş fotoşəkli rəqəmsal şəkil formatına keçirmək üçün ən geniş yayılmış vasitə skaner cihazı hesab olunur. Lakin ilk növbədə bu cihaz hər kəsdə olmaya bilər. Bundan başqa, skan vaxtı qəribə proses baş verir: skan fotoşəkli çəkir və buna görə keyfiyyət aşağı səviyyədə olur.
Fins.az-ın verdiyi məlumata görə, Google-dan olan yeni proqram şəkilləri mobil telefonun köməyi ilə skan etməyə imkan verir. İstifadəçi sadəcə kameranı çap olunmuş fotoşəkilin üstünə nişanlayıb onu bir neçə dəfə müxtəlif bucaqlara istiqamətləndirməlidir.
Fotoşəkillər avtomatilk olaraq düzgün istiqamətdə dönür, kəsilir və rəngləri korrektə olunur. Daha bir klik ilə onları Google Photos-a yola sala bilərsiniz. Ordada həmin şəkillər Scans adlı qovluqda qruplaşır. 
Google Photos-un inkişaf rəhbəri David Liebin dediyinə gorə, yeni proqramın məqsədi köhnə şəkilləri xilas etməkdir: "Onlar sizin daşımalar zamanı ciddi təhlükə altına düşürlər, bundan başqa yanğın, daşqın və oğurluğa məruz qalırlar. Həmdə hər gün, demək olar kı, fotoşəkillər kağızın üzərindən silinirlər".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274