İKT

"iPhone"lar ikiqat bahalaşacaq
18 NOYABR
684

"iPhone"lar ikiqat bahalaşacaq

2016-11-18 13:21:00

ABŞ-ın “Apple” korporasiyası özünün iki aparıcı tərəfdaşı – “Foxconn” və “Pegatron”dan istehsalın ABŞ ərazisinə köçürülməsi imkanlarını nəzərdən keçirməyi xahiş edib.

Bu barədə “Nikkei” saytı məlumat yayıb.

“Foxconn” və “Pegatron” “Apple” məhsulları üçün detallar hazırlayan mühüm şirkətlərdir. Mənbə “Foxconn”un təklifə müsbət yanaşdığını, “Pegatron”un isə xərc məsələsi ilə əlaqədar bundan imtina etdiyini bildirib. Əslində “Foxconn”un rəhbəri Terri Qou da ideyaya entuziazmla yanaşmır. O deyib ki, istehsalın ABŞ-a köçürülməsi xərcləri ikiqat artıracaq.

Xatırladaq ki, ABŞ-ın yeni prezidenti Donald Tramp seçki kampaniyası dövründə “Apple” şirkətini istehsalı ölkə ərazisinə köçürməyə məcbur edəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275