İKT

“Galaxy Note 7” yenidən – SATIŞDA
18 NOYABR
345

“Galaxy Note 7” yenidən – SATIŞDA

2016-11-18 11:49:00

“Samsung” gələn ilin əvvəlində bərpa olunmuş “Galaxy Note 7” smartfonlarının satışına başlaya bilər.

Bu barədə “International Business Times” məlumat yayıb.

Cihazların əsasən Hindistan və Vyetnam bazarına çıxarılacağı bildirilir.

Hələlik “Samsung” bu barədə yekun qərar qəbul etməyib.

Xatırladaq ki, Cənubi Koreya korporasiyası yeni “Galaxy Note 7”lərin öz-özünə alışması və partlaması ilə əlaqədar bu smartfonların istehsalını və satışını dayandırıb. Bu problemlə əlaqədar şirkətin gəliri 3-cü rübdə 30% azalıb.

Mənbə: Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275