İKT

“Panasonic”dən yeni smartfon brendi – "SANYO"
15 NOYABR
627

“Panasonic”dən yeni smartfon brendi – "SANYO"

2016-11-15 13:39:00

Tezliklə Hindistan bazarında “Sanyo” brendi altında smartfonlar satışa çıxarıla bilər.
Bu şirkəti 2010-cu ildə “Panasonic” əldə edib. 
“Panasonic” bu brendi ona görə Hindistanda bərpa etmək qərarına gəlib ki, “Sanyo” burada olduqca böyük nüfuza sahibdir. Bu onunla bağlıdır ki, bir qədər əvvəl yerli şirkətlərin biri ilə birgə “Sanyo” brendi altında iri məişət texnikası istehsal olunaraq satılıb. “Panasonic” artıq Hindistanda bu brendi bərpa edib və “Sanyo” loqotipi altında televizorlar istehsalını işə salıb. Tezliklə növbə smartfonlara çatacaq. 
“Sanyo” smartfonları qənaətcil seqmentə aid olacaq. Onların təxmini qiyməti isə 90-190 dollar olacaq. Cihazların istehsalı ilə üçüncü ölkə məşğul olacaq. Satışlar isə onlayn olaraq həyata keçiriləcək.

Mənbə: Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272