İKT

«Azercell» rəhbəri müştəriləri əsəbiləşdirən SMS-lərdən danışdı
11 NOYABR
820

«Azercell» rəhbəri müştəriləri əsəbiləşdirən SMS-lərdən danışdı

2016-11-11 14:51:00

«Heç kimin razılığı olmadan onu hansısa xidmətə qoşmurlar». Fins.az-ın məlumatına görə, bunu jurnalistlərin qısa nömrələrdən gələn SMS-lərlə bağlı suallarını cavablandıran «Azercell Telecom» şirkətinin rəhbəri Vahid Mürsəliyev deyib. 

O bildirib ki, bu xidmətləri «Azercell» həyata keçirmir: «Biz qısa SMS nömrələri ayırırıq və üçüncü tərəf bu SMS-ləri göndərir». O deyib ki, bu tipli SMS-lərlə bağlı ayrıca müqavilənin imzalanması məsələsi gündəmdədir və gələcəkdə hansısa formada bu məsələ öz həllini tapacaq. «Azercell» rəhbəri mobil nömrə daşıması xidməti ilə bağlı da danışıb. O deyib ki, mobil nömrələrin daşınması xidməti özünü doğrultmayıb: «Bu, abonentlərin rahatlığı baxımından çox yaxşı xidmətdir, amma Azərbaycanda özünü doğrultmayıb».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272