İKT

İnternet dünyanı necə dəyişdi? – 12 HADİSƏ
08 NOYABR
443

İnternet dünyanı necə dəyişdi? – 12 HADİSƏ

2016-11-08 11:08:00

Ümumdünya şəbəkəsinin (internet) inkişaf tarixində milyardlarla insanın həyat tərzini dəyişmiş 12 hadisə. Deyirlər ki, “Televizor dayə, internet isə susmaq bilməyən, sərxoş kitabxanaçıdır”. Lakin o kitabxanaçı nə qədər şey bilir? O nə kimi imkanlar açır və bizim həyatımızı necə dəyişdi?

“Ümumdünya hörümçək toru” və ya zarafat formasında “milyardlarla insanın eyni anda yaşadığı halusinasiya (qarabasma)” adlandırılan internet bəşəriyyət üzərində hakimiyyəti ələ keçirərək, bizim həyat, iş və əyləncə tərzimizi tamamilə dəyişdi.

Hər şey dörrdəbir əsr bundan əvvəl 1991-cı ilin 6 avqustunda başladı. Məhz o gün ümumdünya şəbəkə hamı üçün əl çatan oldu. Bu hadisəni Pandorranın rəqəmsal qutusunun açılmağı da adlandırmaq olar. Həmin gündən bəri internet bizim düşüncəmizin bir hissəsi və xoşbəxtliyimizin mənbəsinə çevrilib.

Fins.az xarici mətbuata istinadən internetin inkişaf tarixində baş vermiş 12 mühüm hadisəni oxucularının diqqətinə çatdırır.

1. “Amazon”-un yaradılması - 16 iyul 1994-cü il.

1994-cü ili iyulun 5-də Cef Bezos ilk onlayn kitab mağazası açdı. İlkin olaraq o mağazaya “Cadabra” adı verdi, ancaq vəkil səhvən adı “Kadaver” oxuduqdan sonra Bezos “Amazon” variantı üzərində dayandı. Bunu çox uğurlu seçim adlandıra bilərik .

Elektron mağaza rəsmi olaraq 11 gün sonra fəaliyyətə başladı. O zaman Bezos və onun ilk işçiləri gələcək şirkət rəhbərinin Vaşinqton ştatının Belvyu şəhərində yerləşən qarajından kitab dolu qutuları qablaşdıraraq, sifarişçilərin ünvanına göndərirdilər. Bu hadisə alış-veriş və çatdırılma sistemləri üzrə istehlakçı vərdişlərini həmişəlik dəyişdi. İndiki dövrümüzdə Bezosun sərvəti 2.6 milyard dollar təşkil edir. Əzmkarlıq və iddialıq uğura aparan yoldur.

2. “Yahoo.com”un fəaliyyətə başlaması - 18 yanvar 1995-ci il.

Bir çox uğurlu texniki startaplar kimi, “Yahoo!” servisi də Stenford universitetində ərsəyə gəlib. Yuxarı kursların tələbələri Ceri Yanq və Devid Filo veb-səhifələrin axtarış indeksini yaratdılar. İlk olaraq onlar yaratdıqları proqramı “Ümumdünya şəbəkəsi üzrə Ceri və Devidin bələdçisi” adlandırdılar, amma xoşbəxtlikdən tez bir zamanda bu adı dəyişərək, axtarış sisteminə “Yeni qeyri-rəsmi iyerarxiya kataloqu” və ya qısa olaraq “Yahoo!” adı verdilər. 

Gündəlik həyatımızda “Yahoo!” sözünü tələffüz etmək daha asandır, lakin bu gün həmin sözün əsl mənası bir qədər dəyişib. İlk axtarış sistemi olaraq “Yahoo!” ümumdünya şəbəkəsində mövcud böyük informasiya həcminin sistemləşdirilməsi yanaşmasını dəyişdi. Məhz “Yahoo!” “Google”-də daxil olmaqla digər bütün analoji axtarış sistemlərinin əcdadıdır. 

3. “Match.com” uyğun cütlüklərin axtarışına başlayır - 21 aprel 1995-ci il

Silikon vadisindən ancaq sevgi haqqında düşünən elektronika mühəndisi Henri Kremen 2.5 min dollara “Match.​com” internet domenini satın alır. Özünün ilk müsahibələrinin birində o qeyd edir ki, “Match.com insanların həyatına İsa Məsihin gətirdiyindən qat-qat çox sevgi gətirəcək”.

Bu multimilyonlu onlayn tanışlıq sənayesinin əsası oldu və “Match.​com”-un ardınca bir çox analoji tanışlıq saytları yarandı. “Match.​com”-un verdiyi məlumata görə bu gün 4 milyarda yaxın insan bu veb-sayt vasitəsi ilə tanış olublar. Rəqəmsal sevginin yaranması ilə ümumi sevgi anlayışı da ciddi dəyişikliklərə məruz qaldı.  

4. “eBay”-ın yaranması - 3 sentyabr 1995-ci il  

Pyer Omidyar “eBay”-ı Kaliforniyanın San-Xose şəhərində, evinin qonaq otağından, tək başına işə saldı. İddialı dizayner tərəfindən yaradılmış bu veb-sayt əvvəl “AuctionWeb” adını daşıyaraq, insanlara internet üzərində alış-verişinə dəstək verirdi. 

Bu gün “eBay” internet üzərində ən böyük hərrac bazarıdır. Əvvəl veb-sayt işlənmiş malların daha sonra isə yeni malların satış texnologiyasını tamamilə dəyişdi. İndi bir çox ölkə vətəndaşları qəzetlərdə bu və ya digər satış elanını axtarmırlar. “eBay” veb-saytı birgə istehlak iqtisadiyyatının bir növ ilk qaranquşu oldu. Veb-sayt vasitəsilə siz ehtiyac duyduğunuz malı rahat ala və ya sizə lazım olmayan bir əşyanı sata bilərsiniz.   

5. “Baby Cha-Cha” üç ölçülü video-çarxı qəlbləri fəth etdi - 1996-cı ilin payızı

Bu gün virus xarakteri almış video-çarxla heç kmi təəccübləndirə bilməzsiniz, ancaq uzaq 1996-cı ildə bu tam yeni bir şey idi .

Dünyada ilk üç ölçülü kompüterdə hazırlanmış musiqi-çarxı eyni zamanda dünyanın ilk virus video-çarxı oldu. Bu çox qəribə idi: keçəl uşaq animasiyası pampersdə ça-ça-ça rəqsi oynayır. Bundan əlavə musiqi tədricən İsveç pop-qrupu “Blue Swede” ifa etdiyi “Hooked on a Feeling”  mahnısına keçirdi.

Video-çarxın təqdimatından qısa bir zaman ərzindən rəqs edən qəribə uşağın videosu bütün internet məkana yayıldı. Məşhur “Ally McBeal” teleserialında da bu video-çarxdan istifadə olunub. Bundan sonra hər bir şirkət və hər bir insan virus xarakterli yayılacaq video-çarx hazırlamağa çalışırlar.

6. Bill Klintonla Monika Levinski ətrafında qalmaqal “Drudge Report” saytından başlayır - 17 yanvar 1998-ci il.

ABŞ prezidenti Bill Klinton yalan danışırdı. Onun adı çəkilmiş xanım Levinski ilə intim münasibəti olub. “Newsweek”-də həmin material var idi, lakin sonra redaksiya onu dərc etməkdən imtina etdi. Nəticədə intim qalmaqalın əsasını “The Drudge Report” saytının rəhbəri Mett Drac qoydu. Bütün dünya mətbuatı Klintonla Ağ evin keçmiş praktikantı Monika Levinski arasında intim münasibət xəbərindən “Şah və Mat” oldu.

Bu yeni dövrün başlanğıcı idi. Oxucular ilk dəfə belə xəbəri ənənəvi qəzet mətbuatından deyil, internetdən əldə etdilər. Bununla da onlayn-xəbərlər əsri başladı. 

7. “Google” şirkətinin yaranması - 7 sentyabr 1998-ci il  

Əvvəl “Google” dəyərinə görə dünyanın 3-cü ən bahalı brendi olmamışdı və “quql etmək”feli də birdən birə əmələ gəlmədi. Öncə o “sözəbaxan rəqəmsal axtarış” adlanırdı.

1995-ci ildə Stenford universitetinin dissertasiya işində “BackRub” adı altında yaranmış “Google”-un ilkin variantı bir müddət sonra dəyəri 367 milyard dollar olan, dünya internet nəhənginə çevrildi.

İndi onun adı “Alphabet”-dir və onun bir çox pərəstişkar və paxıllıq edənləri var. Sadəcə söz və keçidlər axtarmaq daha maraqlı deyil, bu gün internet nəhənginin yeni planları var: Dünyada ən sürətli internet şəbəkəsini yaratmaq, pilotsuz uçan avtomobil ixtira etmək və niyə də yox, ölümün özünə belə qalib gəlmək.

Sergey Brin və Larri Peycin yaratdıqları bu sistem nəticəsində investorlar internetə yatırım etməyə başladılar. Nəticədə bu gün şirkət təkcə öz axtarış sistemi ilə deyil işçiləri, müxtəlif sahələr üzrə innovasiyaları ilə maraqlı və məşhurdur. Ən əsası isə bütün bunları “quql etmək” mümkündür. 

8. Vikipediyanın ilk məqaləsi - 15 yanvar 2001-ci il

“Vikipediya” olduğu halda tozlu ensiklopediyalar kimə lazımdır? Adı havaii dilindəki “sürətli” sözündən gələn pulsuz onlayn-ensiklopediya internet aləmində bir neçə ilə ən çox baxış sayına (trafik) malik 6-cı veb-sayt oldu. İnternetə çıxışı olan hər bir insan “Vikipediya”da istənilən mövzuda məqaləni redaktə edə və ya istənilən mövzuda yeni məqalə əlavə edə bilər. Buna görə də “Vikipediya”nı həm çox istəyir, eyni zamanda ona nifrət edirlər.

Maliyyə mütəxəssisi Cimmi Ueyls fəlsəfəçi Larri Senqerlə birlikdə yaratdıqları “Vikipediya” ilk məqalənin hansı olduğunu xatırlamır, o ancaq  yeni açılmış sistemdə ilk olaraq “Hello World” (Salam Dünya) yazdığını xatırlayır.

Bu gün “Vikipediya”da mövcud səhifələrin sayını təxəyyül etmək belə çətindir. Onlayn- ensiklopediyanın öz hesablamasına görə resursda 39 889 681 məqalə dərc olunub. Pis və ya yaxşı olmağından asılı olmayaraq bu gün əksər insanlar məhz buradan yeni bir şey öyrənirlər. Lakin orada təqdim olunmuş məlumatlara müəyyən qədər skeptisizmlə yanaşmaq lazımdır. Məqalələrdə qeyd olunmuş məbələrin əksər hallarda qeyri-dəqiqliyi və onların istənilən internet istifadəçisi tərəfindən qəsdən dəyişdirilə bilməsi amilinə görə fəlsəfəçi Larri Senqer 2002-ci ildə layihəni tərk etdi.

9. “YouTube”-a ilk video yüklədi - 23 aprel 2005-ci il

“PayPal”-ın keçmiş əməkdaşları Stiv Çen, Çad Herli və Caved Karim San – Fransiskoda nahar zamanı istifadəçilərin öz videolarını yükləyə biləcəkləri ilk veb-saytın ideyasını ərsəyə gətirdilər. Ən azından rəsmi versiyası belə təqdim olunur. Digər tərəfdən heç kəs şübhə etmir ki, yeni platformanın təqdimatı ilə video-çarxların yayılması müstəqilləşdi. Karimin özünün zoopark səyahəti əks olunmuş ilk video-çarxını yüklədikdən cəmi bir il sonra “YouTube” dünya sensasiyasına çevrildi. Artıq əlində videokamerası olan hər bir şəxs ulduz olmaq imkanı əldə etdi.

Televiziya da dəyişməyə, yeni rəqiblə mübarizə aparmağa məcbur oldu, ancaq sonda televiziya “YouTube”-la əməkdaşlıq əlaqələri qurmaq qərarına gəldi. Bu gün “YouTube” platformasının milyardan çox istifadəçisi var və hər bir dəqiqə ərzində veb-sayta 400 saatdan çox video materiallar yüklənilir.

10. Bütün dünya “Katrina” qasırğasının nəticələrini internetdə gördü - 23 avqust 2005-ci il

Olümcül “Katrina” qasırğası zamanı Yeni Orleanı su basaraq, elektrik naqilləri və bütün kommunikasiya xəttlərini sıradan çıxardı. Bu zaman Maykl Barns və digər yerli şahidlər dizel generatorlar vasitəsi ilə ümumilikdə 5 gün davam edən təbii fəlakətin şəkillərini internetə yaydılar.

Belə böyüklükdə təbii fəlakətin nəticələri haqqında ümumdünya şəbəkə vasitəsilə zərərçəkənlərin öz dillərindən bir başa məlumat verdiklərinə görə blogerlər tarixə düşdülər. Bu gün hər birimizin əlində smartfonlar var və hadisə yerindən birbaşa canlı yayıma çıxmaq adi bir şeydir. Yeni körpənin dünyaya gəlməsi və ya kiminsə ölməsi və digər istənilən hadisələri canlı yayımda təqdim etmək mümkündür. Öz növbəsində “Facebook” şirkətinin təqdim etdiyi xüsusi sistem vasitəsilə təbii fəlakət zonasında, terror və ya digər bir hadisə yerində olan insanlar öz doğma və yaxınlarına sağ-salamat olduqları haqqında məlumat çatdıra bilərlər.  

11. “Facebook”-un ərsəyə gəlməsi - 28 oktyabr 2003-cü il

İlk dövrdə Mark Zukerberq və onun Harvard üzrə qrup yoldaşlarının hazırladıqları sistem (o zaman onun adı “Facemash” idi) tələbələrə bir birilərinin zahiri görünüşünü qiymətləndirməyə imkan verirdi. Lakin çox qısa zamanda yeni sosial şəbəkə ümumdünya fenomeninə çevrildi. Bu gün onun vasitəsilə biz həm yaxınlarımız və dostlarımızla (bəzən heç vaxt üzünü görmədiyimiz dostlarla) söhbət edir, həm də video izləyir, xəbərlər oxuyur və faydalı məlumatlar tapa bilirik.

Bu gün “Facebook” gündəlik (ortalama) 1.13 milyard aktiv istifadəçisi ilə dünyanın ən nəhəng sosial şəbəkəsidir. Ancaq bu rəqəm daha da artacaq, Zukerberqin məqsədi bütün dünya əhalisini bir çətir altına yığmaqdır. Bəli. Bəli. İstisnasız olaraq hamını. 

12. “Western Union” sonuncu teleqramını göndərdi - 27 yanvar 2006-cı il.

İnternetin gəlməsilə telefon kitabçaları və kağız xəritələr də daxil olmaqla bir çox şeylər geridə qaldı. Teleqraf belə internetlə rəqabətə tab gətirə bilmədi. Elektron poçt və ani mesajlaşma platformalarının inkişafı nəticəsində 1851-ci ildə təsis edilmiş fəxri “Pony Express” kuryer xidməti məşhur sarı zərflərdə teleqramların çatdırılmasını dayandırdı. Bu da rəqəmsal əlaqənin uğurunun daha bir sübutudur.

Şirkətin digər iş istiqaməti olan pul köçürmələri hələ də fəaliyyətdədir, ancaq bitkoin – iddiaçılarının sözlərinə inansaq (əlbəttə əgər kriptovalyuta geniş yayılsa) pul köçürmələrinin də vaxtı artıq bitir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275