İKT

“iPhone 4s” smartfonu cəmi 69 dollara satılır
07 NOYABR
1433

“iPhone 4s” smartfonu cəmi 69 dollara satılır

2016-11-07 15:53:00

Sosial aksiya çərçivəsində ABŞ-ın "Apple" korporasiyasının istehsalı olan “iPhone 4s” smartfonunun 69 dollara satışı həyata keçirilir.

Bu pulun müqabilində potensial alıcı blokdan çıxarılmış “Apple” smartfonu əldə edəcək ki, bunun da Rusiyanın heç bir rabitə operatoruna bağlılığı olmayacaq.  

Rusiya ərazisində qismən köhnəlmiş “iPhone 4s” smartfonlarının satış aksiyasına başlanılıb. 2011-ci ildə bu smartfon dünyanın ən müasir cihazlarından biri kimi təqdim olunurdu.
 
Bu telefonun rəsmi istehsala başlanmasından 5 il keçməsinə baxmayaraq, “Apple” şirkətinin anbarlarında ekranı cəmi 3,5 düym həcmli olan müəyyən sayda smartfon qalmaqdadır. 

2012-ci ildən ekranının ölçüsü 4 düym olan “iPhone 5” smartfonunun istehsalına başlanılıb. “iPhone 4” smartfonunun istehsalı isə 2014-cü ildə rəsmən dayandırılıb.

Mənbə: Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272