İKT

İtmiş sənədlərin tapılması asanlaşacaq - YENİLİK
05 NOYABR
506

İtmiş sənədlərin tapılması asanlaşacaq - YENİLİK

2016-11-05 07:12:00

Azərbaycanın poçt operatoru “Azərpoçt” yeni sosial layihəyə başlayır. Nazirlikdən bildirilib ki, yeni layihə itirilmiş sənədlərin tapılması ilə bağlıdır. Belə ki, vətəndaşlar tapdıqları hər hansı sənədi istənilən poçt şöbəsinə təqdim edə biləcək. Sənədini axtaran şəxslər isə yaxınlıqdakı poçtdan bu barədə məlumat əldə edəcək və tapıldığı təqdirdə sənədi ala biləcək.

Hazırda layihənin reallaşdırılması üçün zəruri işlər aparılır. Yeni xidmət barədə yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275