İKT

Smartfon internet istifadəçiləri stolüstü kompüterləri keçib
04 NOYABR
286

Smartfon internet istifadəçiləri stolüstü kompüterləri keçib

2016-11-04 16:41:00

“StatCounter” şirkətinin analitikləri kompüterlər və mobil cihazlarda internet-trafikin həcmini tətqiq ediblər. Tətqiqat nəticəsində bəlli olub ki, 2016-cı ilin oktyabrında planşet və smartfonlar üzrə internet istifadə həcmi ilk dəfə olaraq kompüterlərdən çox olub.

Smartfon internet üçün əsas cihaz kimi

Hesablamalar göstərdi ki, kompüterlərin təmin etdikləri trafik ümumi həcmin cəmi 48.7% təşkil edir. Yerdəqalan 51.3% isə mobil cihazların nəticəsidir. Son 7 ildə kompüter və mobil cihazlardan istifadə olunan internet-trafikin həcmi aşağıdakı nəticələrə uyğun olaraq dəyişib.

“StatCounter”-in rəhbəri Aodan Kallennin sözlərinə görə bu nəticələr bir çox şirkətlər üçün gözəl siqnaldır ki, onların veb-saytlarının yenilənmə vaxtı çatıb. Veb-sayt telefon ekranında dəqiq və düzgün görünməlidir. Digər tərəfdən “Google” axtarış sistemi digər resurslara nisbətən mobil cihazlara uyğunlaşmış veb-saytlara üstünlük verir.

Analitiklər onu da qeyd etdilər ki, ABŞ və İngiltərə kimi inkişaf etmiş ölkələrdə istifadəçilər internetə əsasən kompüter vasitəsilə qoşulurlar, buna görə də bu ölkələrdə kompüter üzrə internet-trafikin həcmi 58% və 55.6% təşkil edir. İnkişaf etməkdə olan bazarlarda isə smartfonlar internetə çıxışı təmin edən əsas cihazlardır. Məsələn Hindistanda mobil cihazlar üzrə internet-trafikin nəticələri 75% çatır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272