İKT

Türkiyədə telefonla sosial şəbəkələrə giriş dayandırılıb
04 NOYABR
385

Türkiyədə telefonla sosial şəbəkələrə giriş dayandırılıb

2016-11-04 11:32:00

Türkiyədə telefon vasitəsilə sosial şəbəkələrə girş dayandırılıb. Fins.az-ın məlumatına görə, hazırda mobil telefonlar vasitəsilə "facebook", "whatsapp", "twitter", "youtube"a daxil olmaq mümkün deyil.

Sosial şəbəkələrə giriş yalnız kompüter vasitəsilə mümkündür.

Ölkədə sosial şəbəkələrə məhdudiyyətin qoyulmasının səbəbi rəsmi şəkildə açıqlanmayıb. Amma bunun Türkiyədə terrorçuluğa qarşı keçirilən sonuncu əməliyyatlarla bağlı olduğu güman olunur.

Qeyd edək ki, noyabrın 3-dən 4-nə keçən gecə Türkiyə polisi əsasən kürdlərin təmsil olunduğu Xalqların Demokratik Partiyasına (HDP) qarşı əməliyyat keçirib. Əməliyyat nəticəsində partiyanın həmsədrləri də daxil olmaqla 12 deputat həbs olunub. 

Onlar terrorçuluq fəaliyyətində şübhəli bilinir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272