İKT

“GoldenPey”in İPO-nun baş tutmamasının səbəbləri açıqlanıb
04 NOYABR
438

“GoldenPey”in İPO-nun baş tutmamasının səbəbləri açıqlanıb

2016-11-04 10:26:00

Maliyyə Bazarlarına Nəzarət Palatası “GoldenPey” şirkətinin səhmlərinin ilkin kütləvi yerləşdirilməsinin (İPO) baş tutmamasının səbəbini açıqlayıb.

Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, “QoldenPey” ASC-nin İPO-sunun reallaşmamasına o vaxt Komitə mane olub.

“Azərbaycanda ilk İPO uğurlu olmalıdır. Həmin vaxt müşahidə etdik ki, İPO-ya çıxan şirkətin menecmenti çox çılğın və həddindən artıq nikbindir. Araşdırmalarımız isə, bu İPO barədə bizdə tərəddüdlər yaratdı, eyni zamanda qlobal maliyyə böhranının baş verməsi də bu prosesə təsir etdi”.

Rüfət Aslanlı qeyd edib ki, Palata nikbindir, yaxın və orta perspektivdə Azərbaycanda ilk İPO baş tutacaqdır.

Qeyd edək ki, “QoldenPey” şirkəti Hesab.az portalının sahibidir.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274