İKT

Adlarını dəyişdilər, pulsuz iPhone aldılar
03 NOYABR
453

Adlarını dəyişdilər, pulsuz iPhone aldılar

2016-11-03 14:30:00

Ukraynada oktyabrın 21-dən etibarən yeni “iPhone 7” smartfonlarının satışına start verilib.

Satışdan əvvəl bir sıra mağazalar mükafat və endirim kampaniyaları elan ediblər. “Allo” mağazalar şəbəkəsi isə qeyri-adi müsabiqə keçirib. Şəbəkə bəyan edib ki, pulsuz - 1 qrivna simvolik qiymətə “iPhone 7” əldə etmək istəyənlər rəsmi şəkildə ad-soyadlarını dəyişərək “Ayfon Sim” adlanmalı, sübut kimi yeni pasportları ilə şəkil çəkdirərək şirkətə göndərməli və daha sonra yeni pasportlarını şəxsən şirkətə təqdim etməlidirlər. Bu addımı atan ilk 5 müştəriyə pulsuz smartfon vəd olunub.

Eləcə də bax: Ad-soyadını dəyişdir, pulsuz iPhone 7 al – MARAQLI KAMPANİYA

Oktyabrın 28-də müsabiqənin ilk qalibi – 20 yaşlı Aleksandr Turin “iPhone 7”ni əldə edib. O, müsabiqə barədə dostundan öyrəndiyini bildirib: “Dostum elanı mənə göstərərək dedi ki, buna kim inanar? Mən dərhal bildirdim ki, bu addımı atacağam. Ertəsi gün bütün sənədlərimi hazırlayaraq qeydiyyatdan keçirdim və bir gün sonra yeni adla yeni pasportumu əldə etdim”.

Digər 4 qalibə də smartfonları təqdim olunacaq. Bu şəxslərin hamısı daha sonra əvvəlki adlarını bərpa etmək, yaxud başqa ad götürmək hüququna malikdir.

Mənbə: Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275