İKT

Dekoderlərin qiyməti qalxdı
03 NOYABR
1358

Dekoderlərin qiyməti qalxdı

2016-11-03 08:34:00

Köhnə televizorları olanlar rəqəmsal yayıma görə dekoder problemi ilə üzləşiblər. Ən ucuz qiymətlərin təklif edildiyi poçt şöbələrinə günlük məhdud sayda dekoder gəldiyindən bir çoxları bu cihazları ala bilməyib.

"Xəzər Xəbər"in məlumatına görə, poçt əməkdaşları da dekoderlərin az verilməsinə görə vətəndaşlarla problem yaşadıqlarına diqqət çəkirlər.

Vətəndaşların dekoderləri məhz poçt şöbələrindən almağa daha çox maraq göstərməsi bu aparatların həmin yerdə daha ucuz qiymətə - 22 manata satılmasıdır. Bununla yanaşı müxtəlif mağazalarda da dekoderləri əldə etmək mümkündür. Belə yerlərdə həmin cihazların qiyməti 30-35 manatdır. 

Bakı və Abşeron yarımadasından fərqli olaraq digər bölgələrdə bənzər hal dekabrın 1-dən yaşana bilər. Bölgələrdə LCD ekran televizor olmayanların indidən dekoder əldə etməsi tövsiyyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272