İKT

Tesla günəş damı təqdim etdi
02 NOYABR
246

Tesla günəş damı təqdim etdi

2016-11-02 14:08:00
"Tesla" şirkətinin başçısı İlon Mask ev üçün günəş batareyalı dam təqdim edib.
Fins.az-ın verdiyi xəbərə görə, "SolarCity" şirkəti ilə birlikdə ərsəyə gətirilən cihaz "günəş damı" (Solar Roof) adını alıb. Panellər 4 dizaynlı variantda buraxılacaq: Toskan stilində kirəmit, teksturalı şüşə, şifer plitələr və parlaq şüşə kafel. Beləliklə, onlar hər üslüblü evə yaraşar.
İlk damlar gələn il bazara çıxacaq, lakin qiymətləri hələ də bilinmir. İstehsalçının sözlərinə görə, bu damlar enerjini yalnız sərf etmək yox, həmdə toplamaq üçün yararlıdırlar.
Bundan başqa, Mask yeni Powerwall 2.0 elektrik enerjisini yığan cihaz təqdim edib. İlk versiya ilə müqayisədə onun gücü 14 kVt-dək artıb (əvvəlki versiyanın gücü 6,4 kVt, qiyməti isə 3,5 min dollar təşkil edirdi). 
"Bu artıq inteqrasiyalı gələcəkdir. Elektromobil, Powerwall və günəş batareyalı dam. Uğura aparan yol gözəl, əlverişli və tamamilə inteqrasiyalı olmalıdır". Mask həmçinin iqlimin dəyişməsinə və ekoloji təhlükəsizlik problemlərinin həllinə də kömək etmək niyyətindədir.
 Qeyd olunur ki, təqdimatın əsas məqsədi Tesla ilə SolarCity-nin birləşməsinin üstünlüklərini nümayiş etdirməkdir. Səhmdarların səsverməsi isə üç həftədən sonra – noyabrın 17-də olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275