İKT

"iPhone 7" Azərbaycanda neçəyə satılacaq? - QİYMƏTLƏR
02 NOYABR
538

"iPhone 7" Azərbaycanda neçəyə satılacaq? - QİYMƏTLƏR

2016-11-02 13:54:00

"Alma Store" ("Apple" firma mağazalarının Azərbaycandakı şəbəkəsi) "iPhone 7" və "iPhone 7 Plus" smartfonlarının satışını elan edir.

Ən son "iPhone" məhsulları noyabrın 4-dən etibarən satışa çıxarılacaq.

"iPhone 7" smartfonlarının qiyməti telefonların yaddaş həcmindən asılı olaraq dəyişəcək. Belə ki, 32, 128 və 256 qiqabaytlıq smartfonların qiyməti, müvafiq olaraq, 1699, 1999 və 2249 manat təşkil edəcək.

32, 128 və 256 qiqabaytlıq "iPhone 7 Plus" smartfonlarının satış qiymətləri isə müvafiq olaraq, 2049, 2299 və 2549 manat olacaq.

Smartfonlar 5 rəngdə - çəhrayı qızılı, qızılı, gümüşü, qara və qara oniks - təqdim olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275