İKT

Rəqəmli TV yayımının əsas üstünlükləri
01 NOYABR
579

Rəqəmli TV yayımının əsas üstünlükləri

2016-11-01 17:16:00

Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) dünya ölkələrində rəqəmli TV yayımının tətbiqi haqqında məlumat yayıb.

MTRŞ-dən Fins.az-a verilən məlumata görə, Azərbaycanda rəqəmli TV yayımının tətbiqinə 2004-cü ildən başlanıb. Bakı şəhəri və Abşeron yarımadası ərazisində "Elettronika" tipli İtalya istehsalı olan TV vericisi ilə sınaq verilişləri həyata keçirilib. Şuranın Texniki şöbəsinin iştirakı ilə sınaq-ölçmə və subyektiv qiymətləndirmə işləri yerinə yetirilib.

Bu yayımın parametrləri aşağıdakı cədvəldəki kimi olub:

Radiovericinin orta gücü, Vt

Modulyasiya üsulu

Modulyasiya rejimi

Mənbənin kodlanması üsulu

300

16-QAM

8k

MPEG-2

Daha sonra, 2010-cu ildə dörd rəqəmli TV vericisi istismara verilib. Hazırda işlədilən TV yayım vericilərinin gücü artırılıb və parametrləri müasirləşdirilib. Bu parametrlər aşağıdakı cədvəldə verilir:

Radciovericinin orta güjü, Vt

Modulyasiya üsulu

Modulyasiya recimi

Mənbənin kodlanması üsulu

1200…2400

64-QAM

8k, 16k, 32 k

MPEG-4

Azərbaycan Respublikası əhalisinin 99%-i rəqəmli TV yayımı ilə əhatə olunub. Bu məqsədlə hazırda 103 TV yayım vericisi quraşdırılıb (onlardan 97 ədədi yayım üçün, qalan 4 ədədi isə yayıma şərait yaratmaq üçün istifadə olunur). Daha 45 azgüclü TV vericisi sifariş edilib.

Avropa İttifaqı rəqəmli TV yayımının tətbiqi prosesinə 2005-ci ildən başlayıb. Bu birliyə daxil olan ölkələr DVB-T sistemindən istifadə etmək üçün razılığa gəliblər. Rəqəmli TV yayımının tətbiqi cədvəldə verilmiş xronologiya üzrə yerinə yetirilib.

Ölkənin adı

Rəqəmli TV yayımının başlanma tarixi

Analoq TV yayımının dayandırıldığı tarix

Qeyd

 

Avropa ölkələri

1

Niderland

 

11 dekabr 2006-cı il

 

2

İsveç

1999-cu il

2008-ci ilin əvvəli

 

3

Almaniya

 

25 noyabr 2008-ci il

Xarici ölkələrdəki hərbi birləşmələrində və regional kanallarda analoq TV yayımı qalır.

4

Danimarka

1 mart 2003-cü il

1 noyabr 2009-cı il

 

5

Norveç

1 sentyabr 2007-ci il

1 dekabr 2009-cu il

 

6

Fransa

31 mart 2005-ci il

29 noyabr 2011-ci il

Bu tarixdə Fransada bütün tip (kabel, peyk və yerüstü) TV yayımları üzrə analoq formalı yayım dayandırılıb.

7

Portuqaliya

29 aprel 2009-cu il

26 aprel 2012-ci il

 

8

Böyük Britaniya

1998-ci il

24 oktyabr 2012-ci il

Xarici ölkələrdəki hərbi birləşmələrində və regional kanallarda analoq TV yayımı qalır.

9

Avropa İttifaqının digər ölkələri

 

2012-ci ilin sonu

 

10

Türkiyə

2006-cı il

2015-ci il

2015-ci ildə planlaşdırılsa da, analoq yayımı bu günə qədər davam edir.

 

Amerika ölkələri

11

ABŞ

1998-ci il

12 iyun 2009-cu il

 

12

Kanada

1 mart 2003-cü il

31 avqust 2011-ci il

 

13

Meksika

2 iyul 2004-cü il

31 dekabr 2016-cı il

 
 

MDB ölkələri

14

Gürcüstan

 

01 iyul 2015-ci il

Əslində 2016-cı ildə dayandırılıbr.

15

Ermənistan

 

10 iyul 2015-ci il

 

16

Ukrayna

 

31 dekabr 2016-cı il

Nəzərdə tutulur

17

Rusiya Federasiyası

 

2017-ci il

Bu müddətdən tez ola bilməz. Əhalinin 95%-nin rəqəmli TV yayımını izləmək imkanı ilə məhdudlaşdırılıb.

 

Asiya ölkələri

18

Tailand

1 aprel 2014-cü il

31 dekabr 2019-cu il

 

19

İran İslam Respublikası

2009-cu il

31 dekabr 2020-ci il

2011-ci ildən əhalinin 40%-i rəqəmli TV yayımını izləyə bilir.

20

Vyetnam

1997-ci il

dekabr 2020-ci il

 

Rəqəmli TV yayımının əsas aşağıdakı üstünlükləri var:

- Veriliş traktında və TV siqnallarının yazılışı zamanı maneə dayanıqlığının yüksək olması;

- TV vericisinin gücünün azaldılması imkanı;

- Eyni bir tezlik zolağında veriləcək TV proqramlarının sayının kəskin artması;

- Təsvirin və səsin canlandırılma keyfiyyətinin artması;

- Yeni açılış standartı (yüksək aydınlıqlı televiziya) üzrə TV sisteminin yaradılması;

- Studiya aparatlarının funksional imkanlarının genişləndirilməsi;

- TV yayım siqnalının tərkibində müxtəlif əlavə məlumatların verilməsi imkanı;

- İnteraktiv TV yayım sisteminin yaradılması. Bu zaman tamaşaçı veriləcək TV proqramlarına müdaxilə etmək imkanı qazanır;

- Verilişlərin arxivləşdirilməsi və yazılması imkanı;

- Verilişin dilinin və subtitrlərin seçilməsi imkanı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272