İKT

"Apple"dakı payını cəmi 800 dollara satan təsisçinin – BƏXTSİZLİK HEKAYƏSI
01 NOYABR
925

"Apple"dakı payını cəmi 800 dollara satan təsisçinin – BƏXTSİZLİK HEKAYƏSI

2016-11-01 08:32:00

Bu gün dünyanın ən dəyərli şirkətinə çevrilən, texnologiya aləminə daima inqilabi yeniliklər gətirən Apple 1 aprel 1976-cı ildə üç nəfər tərəfindən qurulmuşdu. Qurucularından biri olan Stiv Cobsu demək olar ki, bütün dünya tanıyır. Əgər texnologiya xəbərlərini və birjanı yaxından izləyirisinizsə Steve Wozniak-ı da tanıyırsınız. Bəs Ronald Wayne?

Ronald Wayne Apple Computer qurucularından biri və 10%-nin hissədarı idi. Ancaq Wayne'nin Apple macərası çox qısa davam etdi və o öz hissələrini 800 $ dəyərində sataraq  kənara çəkildi. Bu gün onun hissələrinin birjada 62.93 milyard $ dəyəri var. 

40 il əvvəl Apple qurulanda Steve Jobs marketinq və şirkətin vizyonu ilə, Wozniak mühəndislik və xakerlik ilə məşğul olurdu. Ronald Wayne isə ilk Apple loqosunun yaradıcısı idi. O, həm də ortaqlar arasında imzalanan anlaşma mətninin də müəllifi idi.

Onun gördüyü işlər Apple üçün çox lazımlı idi. Wozniak öz avtobioqrafiyasında "Ron şirkətin qurulduğu ilk günlərdə inkişaf etməyimiz üçün böyük rol oynamışdı," deyir.

Ronald bu işə qoşulanda 38 yaşı var idi və ortaqlarından daha təcrübəli idi. Onların iştahı və istedadına öz təcrübəsi və hüquqi prosedurlara hakim olması ilə köməklik edirdi. Ancaq Wayne verdiyi açıqlamaların birində Steve Jobs ilə işləməyin çətin və yorucu olduğunu demişdi.

Ronald Wayne Apple Computers'dən ayrıldığı il şirkət 174.000 dollar qazanc əldə edir. Bir il sonra isə 2.7 milyon dollar qazanırlar. 1982-ci ildə, yəni 6 il sonra şirkətin dəyəri 1 milyard dollara çatmışdı. Əgər Apple şirkətinin bu gün dəyəri ilə müqayisə etsək onun 800 dollara satdığı hissələrinin dəyəri 58 milyard dollardan daha çoxdur.

Onun Apple ilə bağlı şansızlığı bununla da bitmir. 1990-cu illərin əvvəlində, 1976-cı ildə Jobs, Wozniak və öz imzası olan müqaviləni 500 dollara satmışdı. Həmin sənəd 2011-ci ildə 1.6 milyon dollara auksionda satılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272