İKT

“Swatch” saatlarını cəmi 10 dəqiqəyə necə yığırlar
31 OKTYABR
340

“Swatch” saatlarını cəmi 10 dəqiqəyə necə yığırlar

2016-10-31 14:08:00

51 detaldan ibarət avtomatik kalibrli “Swatch Sistem51 Irony” saatları insan müdaxiləsi olmadan yığılan 100% İsveçrə saatlarıdır.  

“Swatch” şirkətinin tarixi uzaq 1983-cü ildə inqilabi çevrilişdən başlayıb. İnqilab tək saat sənayesi deyil, həm də insanların ağlında da baş verdi. Nikolas Hayek plastik korpusda sadə kvars mexanizmli və analoq siferblatlı, hamının əldə edə biləcəyi, 50 frank dəyərində 100% İsveçrə saatı hazırladı. “Swatch — Second Watch” sloqanı isə saatı sadə vaxt ölçən cihaz ideyasından həmişəlik çıxartdı. “Swatch” siferblatları müasir incəsənət üçün saat sənayesinin qapılarını açdı.

Lakin Asiya kvarsı ilə güclü rəqabət ucuz və sürətli istehsal tələb edirdi. Nəticədə “Swatch Group” tam avtomatlaşdırılmış saat yığımı və onun detallarının istehsal xəttini təqdim etdi. Bu gün “Swatch”-ın belə konveyerləri İsveçrənin Fransa sərhədində yerləşən Bonkure şəhərindəki “ETA” zavodunda fəaliyyət göstərir. Burada saatlar heç bir insan müdəxiləsi olmdan yığılır.

Kvars saatlarının qlobal istehsalı üçün 2013-cü ildə açılıçmış binanın bir qanadını mexanikada ixtisaslaşmış sexə çevirdilər. Məsələ burasındadır ki, 2013-cü ildə “Swatch” saat mexanikası dünyasına qiyməti cəmi 150 dollar olan “Sistem51” modelini təqdim edərək, daha bir inqilaba imza atdı. Bu saat modelində kvars batareyası mövcud deyildi, onun əvəzinə saat avtomatik dolama rotoru və 90 saatlıq enerji ehtiyyatı ilə təchiz olunmuşdu. Unikal avtomatik kalibr 5 modula birləşən, 51 detaldan ibarətdir: 1) Təkərlər sistemli platina, 2) Qurulan taclı mexaniki çubuq modulu, 3) Enerji ötürücü modulu, 4) Diskşəkilli avtomatik dolama rotoru və 5) Tətik – konstruksiyanın ən gizli elementi. 

“Sistem51” modelinin balans təkəri və prujinindən başqa (onları “Nivarox” istehsal edir) bütün detalları nikel və sinkin qeyri-maqnit yüngül metallarından hazırlanır. Çarx şəklində dolanmış metal lentindən cihaz basma üsülu ilə lazımı detalları kəsib hazırlayır. Bunlara körpülər, diş-diş təkərlər, mexanizm platinası daxildir. Daha sonra 5 əsas bölmənin müvəqqəti avtomatik yığımı başlayır. Sonda bu hissələr şərti olaraq “Ağ zal” adlanan quraşdırma sexinə daxil olurlar. Zala girməmişdən öncə bütün əməkdaş və qonaqlar otağən sterilliyini qorumaq üçün ağ kombinezon və bahil geyinir, papaqlar taxırlar. Fabrikdə robotlar çalışır onlar arasında isə konveryer üzərində saatların yarımfabrikat forması hərəkət edərək, tədricən lazımı detallarına qovuşur.  

Həmin bu zalda (rotor daxil olmaqla) mexanizmin detallarını (naxışı saatı altına çevirsək görmək olar) və siferblatı bəzəyən yüksək dəqiqliyə malik, rəngli-lazer printer quraşdırılıb. Geniş yayılmış plastik variantlardan başqa hazır kalibrlər korpuslara taxılır. “Swatch” metal korpuslara (onları Qrenhende yerləşən manufaktura istehsal edir) 3 əqrəb yerləşdirir və bütün konstruksiyanı tək bir vintlər bərkidirlər. Metal varianta təqdim olunmuş yeni modellər daha dəbdəbəli görünür və daha bahalıdırlar. Rusiyada “Sistem51 Irony” modelinin qiyməti dizayn variantından və qolbağının tipindən (dəmir, dəri, rezin) asılı olaraq 10 400 rubldan 12 500 rubla qədər dəyişir.  

Bu gün “Sistem51” dünayada tam avtomatlaşdırılmış şəkildə yığılan yeganə saat modelidir. İstehsal sexlərində insanlar ancaq cihazlarına işinizə nəzarət edir, ayrı-ayrı hallarda istehsal prosesinə müdaxilə edirlər. Digər tərəfdən belə avtomatlaşdırılmış iş prosesinin əsas məqsədi istehsalda insan faktorundan tam imtina deyil, istehsalı tam etibarlı, yüksək texnoloji və yüksək məhsuldarlı etməkdən ibarətdir. “Swatch” şirkəti özünün istehsalat göstəricilərini açıqlamır. Ancaq aydındır ki, əgər bir cihazın “A-dan Z-yə” qədər yığılmasına cəmi 10 dəqiqə lazımdırsa o zaman şirkətin bir illik istehsal rəqəmləri 6 sıfırdan ibarətdir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272