İKT

“Nokia” 133 milyon avro itirdi
28 OKTYABR
222

“Nokia” 133 milyon avro itirdi

2016-10-28 11:34:00

Bu ilin üçüncü rübünün nəticələrinə əsasən Finlandiyanın “Nokia” şirkətinin itkiləri 133 milyon avro təşkil edib. 

İstehsalçının hesabatına istinadən məlumata görə, 2015-ci ilin analoji dövründə 188 milyon avro həcmində gəlir qeydə alınıb. 

Cari ilin üçüncü rübündə şirkətin gəlirləri təxminən 6 milyard avroya çatıb ki, bu da demək olar, ötən ilin analoji dövrünün göstəricisindən iki dəfə və ya 93,75 faiz çoxdur. Şirkətin əməliyyat mənfəəti 6 dəfə azalaraq 556 milyon avro təşkil edib. 

Qeyd olunur ki, “Nokia” isveçli rəqibi “Ericson” şirkətindən daha yaxşı göstərici əldə edib.

Bundan öncə bildirilib ki, “Samsung” şirkətinin mənfəəti üçüncü rübdə 30 faiz azalıb. Buna səbəb batareyalarında problemlər müəyyən olunmuş “Galaxy Note 7” smartfonlarının geri çağırılması olub.

Mənbə: Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272