İKT

Gürcüstanın daha iki kanalı “Azerspace-1” peykində yayıma başladı
27 OKTYABR
263

Gürcüstanın daha iki kanalı “Azerspace-1” peykində yayıma başladı

2016-10-27 17:38:00

Cənubi Qafqazın yeganə peyk operatoru olan “Azərkosmos” ASC Gürcüstanın daha iki kanalı – “Palitra” TV və “Trialeti” TV kanallarının kommersiya yayımına dair müqavilə imzalayıb.

“Azərkosmos” ASC-dən Fins.az-a verilən məlumata görə, müqaviləyə əsasən, kanal oktyabr ayından etibarən “Azerspace-1” peyki üzərindən 11095/H/27500 tezliyi ilə yayımlanır. Adıçəkilən kanallar vasitəsilə gürcü dilində ictimai, siyasi, iqtisadi, idman, musiqi, yumor və mədəniyyət verilişləri nümayiş olunur.

Peyk operatoru, həmçinin, Türkiyənin “Damar” FM radio kanalı ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, musiqi və informasiya proqramlarının səsləndirildiyi radio kanalı “Azerspace-1” peyki üzərindən 2016-cı ilin oktyabr ayından etibarən 11027/H/7500 tezliyi ilə yayımlanmaqdadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271