İKT

1500 əməkdaşını ixtisar edəcək
27 OKTYABR
421

1500 əməkdaşını ixtisar edəcək

2016-10-27 11:58:00

“Alphabet” korporasiyasının bölməsi, genişzolaqlı şəbəkə üçün infrastrukturun yaradılması ilə məşğul olan “Google Fiber” şirkəti əməkdaşlarının 9 faizini ixtisar etməyi planlaşdırır.

Bu barədə “Bloomberg” agentliyi öz mənbələrinə istinadən məlumat verib. İxtisara düşəcək əməkdaşların sayı təxminən 1500 nəfər təşkil edəcək.

Bundan başqa, şirkətin baş direktoru Kreyq Barret oktyabrın 25-də vəzifədən getdiyini elan edib.

“Google Fiber”dəki proseslər şirkətin biznes strategiyasındakı dəyişikliklə bağlıdır. Bu isə yeni texnologiyaların və metodların tətbiqindən irəli gəlir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271