İKT

Azərbaycanın Startap Portalı yaradılacaq
27 OKTYABR
232

Azərbaycanın Startap Portalı yaradılacaq

2016-10-27 10:46:00

2017-ci ilin birinci yarısında Azərbaycanın Startap Portalının yaradılması planlaşdırılır. 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) verilən məlumata görə, portal “startup” istiqaməti üzrə ölkənin hazırda ən mötəbər yarışması olan “Startap Azərbaycan” Respublika müsabiqəsinin bazasında yaradılacaq. Portalın təşkilat komitəsindən bildirilib ki, portal Startup.az ünvanında müsabiqənin yerinə Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək.

Portal RYTN -nin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə yaradılacaq. Portalın yaradılması Azərbaycanda informasiya cəmiyyətinin inkişafına dair  Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün  Dövlət Proqramına uyğundur.

Startup.az Azərbaycanda startap ekosisteminin davamlı inkişafını dəstəkləyən, bu istiqamətdə fəaliyyət göstərən dövlət və özəl qurumların Tərəfdaşı statusunda fəaliyyət göstərəcək. Qlobal və yerli bazarda trendləri analiz edərək startapları yönəldən, onlara müxtəlif formada dəstək verən, investorlarlar və startaplar arasında Startup.az bir “körpü” olmağı nəzərdə tutur. 

Yeni yaradılacaq portal startap ekosistemi üçün zəruri olan məlumatları özündə əks etdiriəcək. Portalda mühüm yeniliklərdən biri Azərbaycan  startaplarının bazasının yaradılmasıdır. Tətbiq olunacaq funksional hər bir startapın öz profilini yaradaraq, fəaliyyət istiqaməti, təsisçilər, tələb olunan investisiya həcmi və s. məlumatları yerləşdirmək imkanı verəcək.

Daha maraqlı yeniliklərdən biri də startaplara qoşulmaq istəyən mütəxəssislərin bazasının (“Startapda iş”) yaradılmasıdır. Hər bir mütəxəssis, proqramçı, marketoloq və digərləri peşəsindən asılı olmayaraq öz profilini yarada biləcək. Bu yanaşma startaplara komanda formalaşdırmağa, mütəxəssislərə isə maraqlı startaplara qoşulmağa imkan verəcək.

“İnvestor” bölməsində vençur fəaliyyəti ilə məşğul olmaq istəyən fərdi investor (biznes-mələklər), investisiya şirkətləri öz profillərini yarada biləcək. Nəzərdə tutulan digər bölmələrin yaradılması ilə yanaşı, portalda həmçinin məzmuna xüsusi diqqət yetiriləcək. Startaplara aid yerli və beynəlxalq tədbirlər, tədris proqramları, xəbərlər, məqalələr, müsahibələr startapda mütamadi olaraq yerləşdiriləcək. 

Daha mühüm yenilikdən biri də startaplara zəruri olan müxtəlif servislərin portalda xüsusi bölmədə yerləşdirilməsidir. Biznesdə ilk addımlarını atan startaplar onlara zəruri olan servislər haqqında məlumatları daha rahat formada əldə edəcəklər. 

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272