İKT

“WhatsApp”la videozənglər başlayır
26 OKTYABR
1263

“WhatsApp”la videozənglər başlayır

2016-10-26 17:39:00

“Facebook” şirkətinə məxsus “WhatsApp” messenceri tədricən “Android” platforması ilə işləyən qurğularda videozəng funksiyasını aktivləşdirir. Hələ ki yeni funksiya bütün istifadəçilər üçün əlçatan deyil.
Artıq “WhatsApp” messencerinin ən son beta versiyasında (2.16.318) kamera vasitəsilə ünsiyyət saxlamaq olar, amma internetdən “APK” faylını yükləmək lazımdır. Yaxın günlərdə videozəng funksiyasının geniş kütlə üçün əlçatan ediləcəyi gözlənilir.
Danışıq zamanı səsi alaraq smartfonun arxa və ön kameraları arasında keçid etmək olar.
“WhatsApp” dünyada ən populyar mobil proqramlardan biridir. Auditoriyası 1 milyardı ötür. Messencer mobil qurğularda (“Android”, “iOS”, “Blackberry” və “Windows Phone”), həm də kompüterlərdə (“Windows”, “macOS”) əlçatandır.
Mənbə:ictnews.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272