İKT

Azərbaycanda audiokitabxana fəaliyyət göstərəcək
25 OKTYABR
175

Azərbaycanda audiokitabxana fəaliyyət göstərəcək

2016-10-25 09:03:00

Yaxın gələcəkdə Azərbaycanın mobil rabitə şəbəkəsinin abunəçiləri üçün audiokitabxana istifadəyə veriləcək. 

Fins.az-ın verdiyi məlumata əsasən, layihə adı hələ açıqlanmayan mobil operatorun korporativ sosial məsuliyyət strategiyası çərçivəsində həyata keçiriləcək.

Məqsəd gözdən əlil və görmə qabiliyyəti zəif olanların ədəbi əsərlərə çıxışını təmin etməkdir. Əsas vəzifə istifadəçilər üçün rəqəmli audio kontentin formalaşdırılması və kitabların audio formata keçirilməsidir.

Qeyd edək ki, son vaxtlar audiokitablardan istifadə edənlərin sayı artmaqda davam edir.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272