İKT

"Galaxy Note 7"-ni bazara hələ çıxmamış modellərlə əvəz edə biləcəksiniz
24 OKTYABR
180

"Galaxy Note 7"-ni bazara hələ çıxmamış modellərlə əvəz edə biləcəksiniz

2016-10-24 14:21:00

Cənubi Koreyanın "Samsung Electronics" şirkəti yararsız çıxmış "Galaxy Note 7" smartfonu üçün yeni təzminat formaları təklif edib. 

Cənubi Koreyada istehlakçılar "Galaxy Note 7"-ni "Galaxy S7" də daxil olmaqla, başqa smartfon modeli ilə dəyişə və yaxud gələcəkdə əvəzində "Galaxy S8" və ya "Note 8" əldə etməyə imkan verəcək proqrama qoşula bilərlər.

Xatırladaq ki, "Galaxy Note 7" Cənubi Koreyada avqustun 19-dan satışa çıxarılıb. Sentyabrın əvvəlində əsasən ABŞ, Cənubi Koreya və Tayvanda bu model telefonun enerji toplayarkən partladığı barədə məlumatlar yayılıb. Bundan sonra şirkət 2,5 mln. ədəd məhsulunu dünya bazarından geri çağırıb.

Hətta bu yaxınlarda "Azərbaycan Hava Yolları" (AZAL) QSC aviareyslərində “Galaxy Note 7” smartfonlarının əl yükündə və qeydiyyatdan keçən baqajda daşınmasını tam qadağan edib.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275