İKT

Kodak-dan yeni – KAMEROFON
24 OKTYABR
237

Kodak-dan yeni – KAMEROFON

2016-10-24 11:06:00
Kodak ikinci smartfonunu təqdim etdi. Fins.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə əsasən, istehsalçı öz məhsulunu kamerofon adlandırır. Cihaz 1941-ci ildə şirkət tərəfindən buraxılan eyniadlı fotoapparatın şərəfinə Kodak Ektra adlandırılıb. 
Kamerofon 21-meqapikselli kameraya, 1920x1080 piksellik beşdüyümlük displeyə malikdir. Selfisevərlər 13-meqapiksellik frontal kameranı sevinclə qarşılayacaqlar.
Kodak Ektra-nın xüsusiyyətləri:
Əsas kamera: 21 Mp, diafraqma f/2.0, faza avtofokusu, görüntünün optik stabilizasiyası, ikili LED fləş;
Frontal kamera: 13 Mp, diafraqma  f/2.2, fazalı avtofokus;
Prosessor: MediaTek Helio X20, 10 nüvəli;
ОС Android; 
Operativ yaddaş: 3 Qb;
İç yaddaş: 32 Qb;
Akkumulyator: 300 mAh;
Sürətli şarj funksiyası.
Komplektə keçən əsrin fotoapparatlarının futlyarlarına oxşadılmış dəri üzqabı da daxildir.
Kodak Ektra bu ilin dekabr ayında satışa buraxılacaq. Cihazın qiyməti 449 funt (550 dollar) olacaq. Kodak-ın təsisçilərinin dediyinə görə, onlar nə iPhone 7, nə Google Pixel ilə rəqabət aparmaq fikrində deyillər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270