İKT

Bakıda “Samsung”lar ucuzlaşmağa başladı – QİYMƏTLƏR
21 OKTYABR
2414

Bakıda “Samsung”lar ucuzlaşmağa başladı – QİYMƏTLƏR

2016-10-21 15:38:00

Bakıda  “Samsung” telefonları ucuzlaşmağa başladı.Söhbət elan saytlarındakı satışlardan gedir. Bu barədə fins.az-a  alsat.az saytının rəhbəri Vaqif Hüseynov bildirib. Onun sözlərinə görə, son bir ayda elanla satışa çıxarılan ikinci əl  “Samsung”ların sayı  5 dəfə yaxın artıb. Ekspert bildirib ki, "Galaxy Note 7" smartfonları ilə bağlı yaranan qalmaqal bunasəbəb olub. Belə ki, telefonun qızması və akkumulyatorda yaranan problemlərə görə smartfonun istehsalı tamamilə dayandırılıb. Hətta şirkətin Vyetnamda fəaliyyət göstərən zavodu da bu səbəblə müvəqqəti olaraq bağlanmışdı.V.Hüseynov bildirib ki, bu modellər bağlı yayılan neqativ xəbərlər yerli bazara da təsirsiz ötüşməyib.Vətəndaşlar işlətdikləri “Samsung” telefonlarını dəyişmək qərarına gəliblər.  Nəticədə işlənmiş “Samsung Galaxy” modellərinin qiyməti birdən-birə  30%-dan çox ucuzlaşıb.

“Samsung”la bağlı elanların sayı  80-dən 350-ə kimi artıb

O bildirib ki, əvvəlcə gündə telefonla bağlı 150-200 elan yerləşdirilirdisə, bunun 80-I “Samsung”la bağlı olurdu. İndi isə hər gün 500 telefon elanı yerləşdirilir. Bunun 350-si “Samsung” telefonlarıdır. Xüsusi ilə “S” modelləri ilə bağlı satış elanları artıb: “Telefon bazarında “Samsung” satışı ilə bağlı təklifin artması qiymətlərin xeyli aşağı düşməsinə səbəb olub”.

“Samsung S6”lar 200 manat ucuzlaşdı

Son bir ayda “Samsung S6” modelləri 200 manat ucuzlaşıb. Əvvəl 700 manata satılan  telefonu indi 500 manata təklif edirlər. “Samsung S4”lərin qiyməti 300 manatdan 220 manat düşüb. “Samsung S3” smartfonlarını isə indi hətta 170-180 manata almaq olar. Belə ki, bu telefonlar da 70-80 manat ucuzlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270