İKT

Körpəni səsdən oyanmağa qoymayan – “AĞILLI” UŞAQ ÇARPAYISI”
21 OKTYABR
348

Körpəni səsdən oyanmağa qoymayan – “AĞILLI” UŞAQ ÇARPAYISI”

2016-10-21 15:31:00

Pediatr Harvi Karp körpələrə tez yuxuya getməyə kömək edəcək və gecə vaxtı onların yuxusunu izləyəcək innovativ uşaq çarpayısı yaratmaq üçün İsveçrənin "Fuseproject” dizayner studiyası və Massaçusets Texnologiya İnstitutunun laboratoriyasının mühəndislər qrupu ilə səylərini birləşdirib. Beşillik əməkdaşlıq nəticəsində mütəxəssislər “Snoo” adlanan avtomatlaşdırılmış uşaq çarpayısı yaratmağa nail olublar.
Gecə ərzində “ağıllı” çarpayı tez yuxuya getməni və dərin yuxunu təmin edən sakitləşdirici səslər çıxarır. Quraşdırılan mikrofon uşağın yuxudan ayılmasını qeydə alan zaman çarpayı müstəqil şəkildə yellənməyə və sakitləşdirici səslərin ucalığını artırmağa başlayır. Bunun sayəsində valideynlər gecə vaxtı uşağın yuxusuna görə narahatlıq keçirmirlər. Bundan başqa, çarpayıya əllə nəzarət etmək və idarə etmək istəyən valideynlər bunu "Wi-Fi” bağlantısı ilə çarpayının funksiyalarını dəyişməyə və onun yellənməsini izləməyə imkan verən mobil əlavə vasitəsilə edə bilərlər.
Qeyd etmək lazımdır ki, çarpayının daxilində yuxuda uşağı saxlayaraq ona artıq hərəkətlər etməyə imkan verməyən xüsusi çexol var. Bundan əlavə, “Snoo” kənar işıqlandırmadan asılı olaraq parlaqlığı tənzimləyən işıq-diod lampalarla təchiz edilib.
Hazırda qiyməti 1160 dollar təşkil edəcək çarpayı üçün ilkin sifarişlərin qəbuluna başlanılıb.

Mənbə: ICTnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270