İKT

Hər kəsin öz şəxsi bankomatı olacaq – YENİLİK
19 OKTYABR
815

Hər kəsin öz şəxsi bankomatı olacaq – YENİLİK

2016-10-19 19:26:00

San-Fransiskodakı NewDealDesign studiyasından universal Scrip pul cihazı həm nağd, həm də rəqəmsal pullara alternativdir.

Fins.az-ın verdiyi xəbərə əsasən, əslində bu kompakt əşya cibinizdəki bankomat rolunu oynayır. Alətin yaradıcıları hesab edirlər ki, nağd pullarla əməliyyatlar təkcə fiziki deyil, həm də emosional üstünlüklərə sahibdir. Scrip isə onları yeni üsulla hiss etməyə imkan verir.

Bu cihazın köməyilə alış etmək üçün onu ödəniş terminalına yönləndirmək və üstündən əlinizi keçirmək kifayətdir. Bu zaman barmağın hərəkəti böyük pul dəstindən əskinazları saymanı xatırladır. Bütün bunlardan əlavə, bu cihaz orijinal dizaynı ilə seçilir. Bir tərəfdən alət hamardır, digər tərəfdən isə obyekt müxtəlif naxışlar və ya rəqəmsal formalar şəklinə düşə bilən interaktiv səthə sahibdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272