İKT

“Apple” avtomobil istehsalından imtina etdi
18 OKTYABR
235

“Apple” avtomobil istehsalından imtina etdi

2016-10-18 16:26:00

ABŞ-ın “Apple” korporasiyası avtomobil bölməsinin inkişafı strategiyasından və sürücüsüz avtomobil istehsal etmək ideyasından imtina edib.

Qərbin sənaye KİV-ləri xəbər verir ki, hazırda “Titan” layihəsinin fəaliyyəti avtonom sürücülük sisteminin inkişaf etdirilməsi məqsədinə yönəldilib. Bu isə gələcəkdə dünyanın ən iri avtomobil konsernləri ilə birgə avtomobil istehsal etməyə imkan verəcək.

İlkin məlumata əsasən, “Titan” layihəsindən proqram təminatı üzrə çalışan 120 mühəndis gedib, həmçinin aparat sahəsinin istehsalı ilə məşğul olan onlarla mühəndis layihəni tərk edib. Bundan başqa, tərtibatçılar komandasının rəhbəri Con Rayt da layihədən gedib.

Söz düşmüşkən, “Titan” layihəsi 2014-cü ildə məlum olub. 2020-ci ilə qədər isə “Apple” rəhbərliyi özünün şəxsi sürücüsüz avtomobilini istehsal etməyi planlaşdırırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272