İKT

Fond 112 layihəyə ilkin müsbət rəy verdi
18 OKTYABR
233

Fond 112 layihəyə ilkin müsbət rəy verdi

2016-10-18 16:21:00

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun 1 iyul 2016-cı il tarixində elan etdiyi növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulmuşdur.

Fondun yaydığı məlumata görə, kompleks ekspertizaya təqdim olunmuş 112 layihədən 61-i müsbət rəy almışdır.

Müsbət rəy almış layihələr yekun qərarın verilməsi üçün Fondun Müşahidə Şurasına təqdim ediləcəkdir. Şuranın növbəti iclasının yaxın günlərdə keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, müsabiqə çərçivəsində Fonda 121 layihə təqdim edilmişdir.

 Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274