İKT

Azərbaycanın peykindən fövqəladə vəziyyətlərdə istifadə olunacaq
18 OKTYABR
209

Azərbaycanın peykindən fövqəladə vəziyyətlərdə istifadə olunacaq

2016-10-18 10:10:00

Azərbaycanın "Azerspace-1" geostasionar peykinin resurslarından fövqəladə vəziyyətlərdə istifadə olunacaq. Bu barədə  ölkənin İT bazarındakı mənbə deyib.

Mənbənin verdiyi məlumata görə, yaxın zamanlarda Fövqəladə Hallar Nazirliyi "Azerspace-1" peykindən siqnalları qəbul edən peyk antenası ilə təchiz olunmuş avtomobillər alacaq.

Mənbə bildirib ki, avtomobil bütün peyk əlaqələri ilə təmin olunacaq: "Layihə pilot layihədir və təqimatı yaxın zamanlarda baş tutacaq".

Azərbaycanın ilk geostasionar peyki "Azerspace-1" orbitə 2013-cü ilin fevralında buraxılıb.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275