İKT

“5G” daha sürətlə gəlir – YENİLİK
17 OKTYABR
288

“5G” daha sürətlə gəlir – YENİLİK

2016-10-17 09:42:00

“Ericsson” və “Telia” şirkətləri Avropada real şəbəkədə “5G” standartı üzrə ilk sınaqlar keçirib. Sınaqlar İsveçin Çista şəhərində “Telia” şəbəkəsində 15 QHs diapazonunda 800 MHs zolağında keçirilib. Yoxlama zamanı bir istifadəçi üçün 15 Qbit/s rekord nəticə əldə edilib. Şirkətlərin rəsmiləri bildiriblər ki, belə göstəricilər “4G” şəbəkəsinin maksimal nəticələrini 40 dəfə ötür. Artıq 2018-ci ilə belə rəqəmlər adi istifadəçilər üçün də reallığa çevriləcək, çünki həmin dövrədək “Telia” Stokholm və Tallində ilk “5G” rabitə şəbəkəsini istifadəyə verəcək.

“Bu, İsveç və Estoniyadakı abunəçilərimiz üçün “5G” xidmətlərinin istifadəyə verilməsinə imkan yaradan böyük nailiyyətdir. Nəticələr onu göstərir ki, beşinci nəsil rabitə texnologiyasının standartlaşdırma və inkişafına başlanılıb. İşlək “outdoor” şəbəkə şəraitində keçirilmiş sınaqlar zamanı əldə olunmuş bilik və bacarıqlar “5G” texnologiyalarının inkişafı üçün mühüm əhəmiyyət kəsb edəcək və şəbəkələr rəqəmli cəmiyyət şəraitində bizim gələcək xidmətlərimizin istifadəçiləri tərəfindən irəli sürüləcək meyarlara uyğun olmalıdır” – “Telia” şirkətinin Beynəlxalq xidmətlər və əməliyyatlar departamentinin şəbəkə və informasiya texnologiyaları infrastrukturlar bölməsinin direktoru Maç Svardx deyib.

“Telia” və “Ericsson” şirkətlərinin rəsmiləri elan ediblər ki, “5G” şəbəkəsində yüksək sürət yalnız mövcud xidmətlərin keyfiyyətini yaxşılaşdırmayacaq, həm də yeni layihələrə başlamağa imkan verəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272