İKT

Avropada ən sürətli internet hansı ölkədədir?
13 OKTYABR
297

Avropada ən sürətli internet hansı ölkədədir?

2016-10-13 15:17:00

“Akamai” rabitə operatoru tərəfindən keçirilmiş tədqiqatın nəticələri bəli olub. Tədqiqat internetin ən sürtli olduğu ölkəni müəyyənləşdirmək məqsədi ilə keçirilib. Məlumata görə, Norveç Avropada internetin sürəti üzrə birinciliyi ələ keçirib. Belə ki, Norveçdə 2015-ci illə müqayisədə internetin orta sürəti 55% yüksəlib. Eyni zamanda Norveç dünya reytinqində 20.1 Mbit/san internet sürəti göstəricisi ilə yalnız Cənubi Koreyadan (27 Mbit/san) geridə qalır.
19.5 Mbit/san göstəriciyə malik Honkonq internetin sürəti üzrə dünya reytinqində üçüncü pillədə qərarlaşıb. Avropada internetin sürəti üzrə əvvəlki lider İsveç isə 18.8 Mbit/san göstərici ilə dördüncü olub.
Mənbə: ICTnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274