Yenilənmiş Paint-in təqdimat videosunda təkcə proqramın dəyişim interfeysi deyil, onun yeni imkanları da nümayiş olunur. Bu imkanların arasında ikiölçülü rəsmlərdən üçölçülü rəsmlər yaratmaq funksiyası da var. Məlumdur ki, Windows 10-da bu proqramla çalışmaq mümkün olacaq. Yenilənmiş Paint həm kompyuterlər, həm də planşetlərə uyğundur. Proqramın çıxma tarixi hələ ki, açıqlanmır.

Microsoft Paint 1985-ci ildən bəri bütün Windows əməliyyat sistemlərində standart dəst kimi çıxır.

Mənbə: buro247.az