İKT

Yeni “Samsung Galaxy S8” təqdimatı keçiriləcək
11 OKTYABR
457

Yeni “Samsung Galaxy S8” təqdimatı keçiriləcək

2016-10-11 10:58:00

Samsung” şirkətinin qabaqcıl smartfonlarının təqdimatı ənənəvi olaraq ayların əvvəlində keçirilir, lakin artıq internetdə "Galaxy S8” qurğusunun hansı funksiyalarla təchiz ediləcəyi barədə şayiələr yayılmağa başlayıb. 
Bəzi məlumatlara görə, aparatda “Home” düyməsi ləğv ediləcək, barmaq izləri skaneri isə bilavasitə displeyə quraşdırılacaq. Bundan əlavə, ekran bütün üst qatı örtəcək və “Edge” istehsal xəttindən olan modellərdə olduğu kimi, təkcə yan tərəflərə deyil, həm də yuxarı və aşağıya əyiləcək. Həmçinin “Galaxy S8” Cənubi Koreya istehsalçısının ilk ikikameralı smartfonu olacaq. Hazırda isə yeni qurğunun təqdimatının nə vaxt baş tutacağı məlum olub. “Ricciolo” saytı “Twitter” səhifəsində fevralın 26-da Barselonada “MWC 2017” sərgisi çərçivəsində keçiriləcək “Samsung Galaxy Unpacked” tədbirinin elanını yerləşdirib.    
Elanda “8” rəqəminin yer aldığı açıq göz şəklini görmək mümkündür. Bu, yeni qabaqcıl qurğunun “Galaxy S8” adlandırılmasının, eləcə də "Galaxy Note 7” smartfonunda olduğu kimi, gözün qüzehi qişası skanerinin mövcudluğunun təsdiqi ola bilər. Həmçinin “Galaxy S8”-də “Mali-G71” qrafik sürətləndirici ilə yeni "Exynos 8895” prosessorundan istifadə ediləcəyi barədə məlumatlar yayılıb.

Mənbə: ICTnew

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274