İKT

Fantastik ayaqqabılar gerçək oldu – QAYTANLARI ÖZÜ BAĞLANIR
06 OKTYABR
471

Fantastik ayaqqabılar gerçək oldu – QAYTANLARI ÖZÜ BAĞLANIR

2016-10-06 15:05:00
“Nike” şirkəti qaytanları öz-özünə bağlanan “Nike Air MAG” idman ayaqqabısını yaradıb. Gələcəyə geri qayıtmaq/Back to the Future fantastik kinotrilogiyasının ikinci hissəsində baş rolda olan qəhrəman Marti Makflay bu tip ayaqqabı geyinirdi.
Fins.az-ın xarici KİV-lərə verdiyi məlumata əsasən, idman ayaqqabısı işıqlandırma sisteminə və patentləşmiş qaytanların avtomatik öz-özünü bağlama mexanızminə malikdir. Mexanizmin batareyasının doldurulması həftədə bir dəfə kifayət edir. Şirkət bu unikal ayaqqıbını məhdud sayda buraxıb – cəmi 89 cüt. Onları yalnız internet-lotereya vasitəsi ilə əldə etmək olar. Lotereyada iştirak etmək üçün 10 dollara bilet almaq lazımdır. Bu idman ayaqqabısının real qiyməti 10 min dollar kimi hesablanır.

Lotereya və auksionlar Nike tərəfindən baş rolda oynayan Maykl Cey Foksun xeyriyyə fondu (https://www.michaeljfox.org/) ilə birgə keçirilir. Qeyd edək ki, M.C.Foks parkinson xəstəliyindən əziyyət çəkir və Fond bu xəstəliklə mübarizə üçün yaradılıb.

İdman ayaqqabısı 1989-cu ildə çəkilmiş kinolentin ikinci seriyasında göstərilir. Məhz buna görə Nike 89 cüt Nike Air MAG buraxıb. Film 2015-ci ildə yüksək texnologiyalardan danışır, lakin şirkət bu idman ayaqqabısının istehsalını keçən il rallaşdıra bilməyib. 2011-ci ildə Nike buna oxşar 1500 ədəd idman ayaqqabısı buraxmışdı, amma onların işiqlandırma sistemi yox idi. Bu ayaqqabıların hər biri 4500 dollara olmaqla auksionda tamamilə satılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274