İKT

Google öz smartfonlarını təqdim etdi – QİYMƏTLƏR
05 OKTYABR
599

Google öz smartfonlarını təqdim etdi – QİYMƏTLƏR

2016-10-05 11:26:00

Google gözlənildiyi üzrə əvvəlki “Nexus” ailəsinin yerini alacaq olan yeni ağıllı telefon ailəsi “Pixel”in ilk modellərini açıqladı. Googlenin şərhinə görə telefonlar bazarda ən yaxşı kameraya sahibdirlər.

Google Pixel və Pixel XL’nin detalları

Rəsmi olaraq açıqlanan Google Pixel və Pixel XL sırasıyla, 5-inch 1080p və 5.5-düym Quad HD ekranlara sahibdirlər. HTC tərəfindən çıxarılacaq olan iki cihaz da güclərini Snapdragon 821 yonqu setindən edir.
Bunların xaricində Google Pixel’de 4GB RAM, 256GB daxili yaddaş, 12MP / 8MP kamera kombosu (12MP sensor, 1.55μm piksel, f / 2.0 diafraqma aralığındadır), 143.8 x 69.5 x 8.6 mm ölçülü, 143g ağırlıq, barmaq izi skaner, 2,770mAh batareya və Android Nougat (v7.1) kimi xüsusiyyətləri vardır.
Google Pixel XL’de isə fərqli olaraq, 154.7 x 75.7 x 8.6mm ölçülü, 168g ağırlıq, 3,450mAh batareya kimi xüsusiyyətləri var. Digər xüsusiyyətlər isə Pixel ilə eynidir.
Ayrıca hər iki modeldə də 3.5mm’lik qulaqlıq girişinin olduğunu ifadə edək.

Önə çıxan xüsusiyyətləri

–Google Assistent: Pixel və Pixel XL, yeni Google Asistan’a sahib ilk telefonlar oldular. Əgər ana ekran düyməsinə toxunarsanız və əlinizi basıb saxlayarsanız yeni və çox ağıllı Google Asistan dövrəyə girəcəkdir.
–Kamera təcrübəsi
–Sonsuz bulud saxlama
–Bağlanabilirlik və ünsiyyət
–Mobil Virtual reallıq

Qiymət və çıxış tarixləri
USB Type C girişinə də sahib olan Pixel və Pixel XL, sevimli qara, tünd gümüşü və gerçək mavi olmaq üzrə 3 rəng variantına sahibdirlər.
Cihazların ön sifarişləri bu gün etibarilə başlayır. İlk olaraq, ABŞ, Kanada, Avstraliya və İngiltərədə reallaşacaq. Satışlar isə 20 oktyabrda başlayacaq. ABŞ-da 649 dollardan başlayan qiymətlərlə satışa çıxarılacaq.

Mənbə: yaaz.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272