İKT

"Microsoft" şirkəti Azərbaycana xəbərdarlıq etdi
04 OKTYABR
2151

"Microsoft" şirkəti Azərbaycana xəbərdarlıq etdi

2016-10-04 18:28:00

"Microsoft" şirkəti yeni iş mövsümü ərəfəsində Azərbaycanda kiberhücumların artdığını vurğulayır.  "Digital.Report" saytının verdiyi xəbərə görə, şirkətin yaydığı məlumatda bildirilir ki, Proqram Təminatı İstehsalçıları Assosiasiyasının (BSA) apardığı araşdırmalarının nəticələrinə görə, Azərbaycanda istifadə edilən proqram təminatının (PT) 84%-i lisenziyasızdır (qanunsuz), ölkədə piratçılığın səviyyəsi isə yüksək olaraq qalır.

"Microsoft" bildirir ki, korporativ fərdi kompüterlərə, veb-səhifələrə və şirkətlərin İT - şəbəkələrinə hücumlar Azərbaycanda tez-tez müşahidə edilən hala çevrilib. Lakin azərbaycanlı istifadəçilər də pirat proqram təminatından istifadə etməyə davam edirlər. BSA-nın "2016 Global Software Survey" adlı tədqiqatı göstərir ki, 2015-ci ildə ölkədə quraşdırılan soft proqramların 84%-i lisenziyasız olub. Eyni zamanda, quraşdırılan pirat PT-nin dünya üzrə orta göstəricisi 39% təşkil edir.

"Kibercinayətkarlıq qanunsuz PT-nin istifadə edilməsi ilə sıx bağlıdır. Yeni mövsümün başlanğıcında yeni haker proqramları yaradılır. Bunlar isə gündəlik minlərlə kiberhücumlar deməkdir. Məsələn, MDB-də ən geniş yayılmış pirat proqramı "Windows Zver" hesab edilir. Bu proqramda bədəməllər tərəfindən 63 fərqli "ziyanverici" yerləşdirilir. Bununla bərabər, "Group-IB"-nin tədqiqatlarında isə deyilir ki, "Windows"u pulsuz yükləmək sorğusu üzrə casus-proqramı yükləmək ehtimalı isə 92% təşkil edir", - deyə "Microsoft"un MDB ölkələrində proqram aktivlərinin idarə edilməsi və lisenziyalaşdırma şərtlərinə riayət etmənin yoxlanılması üzrə direktoru Dmitri Beresnev bildirib.

"B2B International" tədqiqatlarının nəticələrində isə qeyd edilir ki, bu ilin ilk 6 ayında Azərbaycanda korporativ şəbəkəyə qoşulan hər bir komputer 5 dəfə kiberhücuma məruz qalıb. Bu isə ötən illə müqayisədə iki dəfə çoxdur. Postsovet məkanında biznes şirkətlərin 90%-dən çoxu ən azı bir dəfə kiberhücumla üzləşib, istifadəçilərin 80%-nə isə ziyan dəyib. Bütövlükdə, dünyada ötən il ərzində hər gün təxminən 1 mln. yeni kiberhücumlar qeydə alınıb. Onlar biznesə 400 mlrd. dollar ziyan vurublar.

"Microsoft"un mütəxəssisləri qeyd edirlər ki, artan kiberhücumlar təkcə ayrı-ayrı biznes-şirkətlərə deyil, həm də bütövlükdə Azərbaycanın maliyyə sektoru üçün zərərlidir. Hakerlərin hücum etdikləri şirkətlərin 1/3-i energetika, telekommunikasiya, müdafiə sənayesi, tikinti, nəqliyyat sahələrini əhatə edir. Bu cür obyektlərin İT şöbələrinə hücumlar təkcə şirkətləri deyil, həm də dövlətin infrastruktunu riskə məruz qoyur. D.Beresnev hesab edir ki, yalnız lisenziyalı proqram məhsulları fərdi məlumatları kiberhücumlardan qoruya və oğurluq riskini azalda bilər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272