İKT

İnternetin sürətinə görə dünya lideri hansı ölkədir? – SİYAHI
03 OKTYABR
1477

İnternetin sürətinə görə dünya lideri hansı ölkədir? – SİYAHI

2016-10-03 10:58:00

Norveç Avropada internetin sürətinə görə birinci olub. Bu ölkə İsveçi geridə qoyub.

Bu barədə “The Local” nəşri “Akamai” rabitə operatorunun apardığı araşdırmaların nəticələrinə istinadən xəbər verilir.

Araşdırmanın nəticələrinə əsasən, Norveçdə internetin orta sürəti 2015-ci illə müqayisədə 55 faiz artıb. Eyni zamanda dünya reytinqində 20,1 Mbit/saat internet sürəti olan Norveçi Cənubi Koreya geridə qoyur. Bu ölkə 27 Mbit/saat internet sürətinə malikdir və dünyada internetin sürətinə görə lider olaraq qalır.

Üçüncü yerdə internetin 19,5 Mbit/saat sürəti ilə Honkonq qərarlaşıb. Dördüncü yerdə isə İsveçdir ki, bu ölkədə də internetin sürəti 18,8 Mbit/saatdır.

Avqustda bildirilib ki, Rusiya mobil internetin sürəti reytinqində 50-ci yeri tutub.  

Mənbə: Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270