İKT

Üç nəhəngin bənzər sonu: Yahoo, Nokia, Blackberry
01 OKTYABR
600

Üç nəhəngin bənzər sonu: Yahoo, Nokia, Blackberry

2016-10-01 10:18:00

Yahoo və Nokia bir zamanlar dünyanın ən böyük texnologiya şirkətləri idi. Hər ikisi texnoloji dünyasına yeni nəfəs gətirərək uğurlu başlanğıc etmişdi. Nokia telefonları Almaniyanın optika şirkəti Zeiss ilə birlikdə dünyanın ən yaxşı kameraları olan telefonlarını istehsal edirdi. Batareyası 9 gün davam edən mobil telefonlar bazarı ələ keçirmişdi.

Kanadada qurulan Blackberry, özünə məxsus klaviaturası ilə zirvəyə yüksəlmişdi. "Research in Motion" adlı şirkətin istehsal etdiyi "Blackberry"lər xüsusi kodlaşdırma ilə qorunurdu. Şirkət özəlliklə iş dünyasında əvəzedilməz olmuşdu. ABŞ prezidenti belə təhlükəsiz olduğu üçün Blackberry istifadə edirdi.

Ancaq 2007-ci ildə Steve Jobs "Apple"ı texnologiyanın mərkəzinə gətirəcək bir kəşf etdi. Populyar iPod cihazlarınından sonra "touch" ekranlı iPhone rəqabət qazanmağa başladı.

Qısa müddətdə Google buna cavab verdi: Android sistemli telefonlar mobil telefon bazarında iPhone ilə rəqabətə girdi.

Öz trendini itirən Blackberry isə köhnələn, modası keçən tərzində qalmaqda israr etdi. Dünyanın ən çoxsatılan telefon şirkəti Nokia-nın telefon bazarından buxarlaşmasından qısa müddət sonra yeniliklərlə ayaqlaşa bilməyən Blackberry də eyni aqibəti yaşadı.

Yahoo axtarış sistemi və e-mail-lər arasında bir nömrə idi. Google və Gmail yenilikləri ilə sürətlə böyüməsi qarşısında Yahoo geriləməyə başladı. Nəhayət, bu yaxınlarda Yahoo sadəcə 5 milyard dollara Verizon-a satıldı.

"Endpoint Technology"dən texnologiya mütəxəssisi Roger Kay, bu üç şirkət arasındakı ortaq nöqtənin "Özbaşladıqları nöqtənin ardından yeniliklərə uyğunlaşa bilmədikləri" olduğunu deyir.

Dünyanın ən sürətlə böyüyən və innovasiyaların açıq sektoru hesab edilən texnologiya sahəsində özünü yeniləyə bilməyənlərin əriməsi qaçınılmazdır. Məsələn, Blackberry gec də olsa öz klaviaturasını qoruyub, Android sisteminı keçsə belə istədiyi diqqəti görə bilməmişdi.

Texnologiya sahəsində təxminlər, gələcəyə doğru analizlər də həmişə düzgün cavabı tapa bilmir. Məsələn, iPhone ilk dəfə satışa çıxanda mütəxəssislər "Apple"ın səhv addım ataraq iPod brendinin inkişafını parçalayacağını deyirdi. Ancaq onlar yeni qlobal bir sensasiyanın yarandığını görə bilməmişdilər.

Kayeynişeyin Yahoo-da da olduğunu deyir. O, "Yahoo"nun Google-dan gələn hücumu vaxtında görə bilmədiyini deyir. 

Silikon Dərəsində işləyən analist Rob Enderle, Google və Apple-ın paralel yüksəlişinə diqqət çəkərək "Böyük şirkətlərin heç biri onlarla yarışmağa hazır deyildi" deyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274