İKT

Əfsanəvi “Dendy” geri qayıdır
30 SENTYABR
578

Əfsanəvi “Dendy” geri qayıdır

2016-09-30 17:39:00

Yaponiyanın video oyunlar və oyun cihazları tərtibatçısı “Nintendo” şirkəti özünün “Dendy” kimi tanınan əfsanəvi “Famicom” cihazının satışlarını bərpa etmək niyyətindədir. 

Bərpa olunan və qiyməti 65 dollar təşkil edəcək cihazı artıq noyabrın 10-dan əldə etmək mümkün olacaq. Ancaq bununla belə, qidalanma blokunu ayrıca olaraq 10 dollara əldə etmək gələcək. 

Artıq bu cihaz əlin içinə yerləşəcək və bura iki əlavə naqilli qeymtap daxildir. Yeri gəlmişkən, artıq cihaza 10 ədəd məşhur oyun yüklənib. 

Qeyd edək ki, “Famicom” cihazı Yaponiyada 1993-cü ildə yaradılıb. Onun ən tanınmış oyunları “Super Mario Bros”, “Final Fantasy” və “Legend of Zelda” oyunlarıdır. 

90-cı illərdə Rusiyada bu cihazın qeyri-rəsmi klonu “Dendy” adı ilə təqdim edilib. Demək lazımdır ki, cihazın yenidən istehsala başlaması istehsalçının nostalji hissləri ilə bağlıdır. Bu da son zamanlar “Pokemon Go” oyununun şöhrətlənməsindən qaynaqlanır.

Mənbə: lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275