İKT

Facebook və Dünya Bankı birləşdi – YENİ LAYİHƏ
30 SENTYABR
205

Facebook və Dünya Bankı birləşdi – YENİ LAYİHƏ

2016-09-30 14:37:00

“Facebook” şirkəti bazarın vəziyyətini tez öyrənməyə imkan verəcək yeni məlumatların toplanması və təhlili üsulunun hazırlanması məqsədilə Dünya Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birləşib.
Sentyabrın 28-də hər üç təşkilat nümayəndələrinin səyi nəticəsində yeni bazar analitik texnologiyası istifadəyə verilib. Məlumatların toplanması üçün “Facebook” sosial şəbəkəsində qeydiyyatdan keçən təşkilatların səhifələrindən istifadə olunur.  
Məlumata görə, texnologiyaların sınaqlarına bu ilin fevralında başlanılıb, 22 ölkədən kiçik və orta biznesin 90 min nümayəndəsi 15 müxtəlif sorğu üzrə informasiya təqdim edib. Təşkilatların nümayəndələri sorğu vasitəsilə hansı amillərin kiçik sahibkarlığın inkişafına mane olmasını aydınlaşdırmağa çalışıblar. Əvvəllər bunun üçün çoxlu vaxt və pul, eləcə də bazar ekspertləri ilə görüşlərin keçirilməsi tələb olunub.   
“Facebook” sayəsində Dünya Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı müxtəlif ölkələrdə iqtisadi vəziyyətlə bağlı ətraflı məlumat əldə edib.

Mənbə: ICTnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271