İKT

Shazam 17 ildən sonra ilk dəfə gəlir əldə edib
29 SENTYABR
246

Shazam 17 ildən sonra ilk dəfə gəlir əldə edib

2016-09-29 18:04:00

Britaniya şirkəti olan “Shazam Entertainment Ltd.” 17 illik fəaliyyəti ərzində ilk dəfə əməliyyat gəliri əldə edib. Bu barədə Fins.az-ın verdiyi məlumata əsasən, The Wall Street Journal xəbər verir, lakin gəlirin tam həcmi açıqlanmır.

Məlumata əsasən, şirkət gəliri musiqidən deyil (Shazam musiqi kompozisiyalarının tanıma proqramının auditoriyası 120 milyondan çoxdur), reklamlardan götürüb. Reklam verənlər Shazam-a səs və şəkil tanıyan texnologiyaları öz marketinq kampaniyalarında istifadə etmək imkanına görə pul ödəyirlər.

Bu yaxınlara qədər Shazam-ın əsas gəlir mənbəyi ondan ibarət idir ki, şirkət hər hansı bir istifadəçinin proqramla musiqini tanıyıb onu iTunes Store-dan yükləyəndən sonra öz komissiyasını alırdı.

Qeyd edək ki, Shazam Böyük Britaniyada 1999-cu ildə Kris Barton tərəfindən təsis edilib. 2014-cü ildə şirkəti 1 mlrd. dollar dəyərində qiymətləndirilmişdi. 2015-ci ildə Buran Venture Capital və O1 Group Shazam-a 8,5 mln. dollar sərmayə yatırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275