İKT

Google yetkinlik yaşına çatdı
27 SENTYABR
222

Google yetkinlik yaşına çatdı

2016-09-27 16:38:00

27 sentyabr 2016-cı il tarixində “Google” korporasiyasının yaranmasının 18-ci ili tamam olur. Bu münasibətlə axtarış sisteminin əsas səhifəsində bayram loqotipi yerləşdirilib.

İstifadəçi həmin loqotipin üzərinə sıxdıqda “Google-un ad günü nə vaxtdır” sorğusu üzrə axtarış nəticələrindən ibarət səhifəyə yönləndiriləcək.

“Google.com” domeni 15 sentyabr 1997-ci il tarixində Stenford Universitetinin tələbələri Larri Peyc və Serqey Brin tərəfindən qeydiyyatdan keçirilib. Axtarış sisteminin adı təsadüfən seçilməyib: şirkətin adı bir və yüz ədəd sıfırdan ibarət sayı ifadə edən (10 üstü 100) “googol” ingilis sözünün təhrif olunmuş formasıdır. 
“Google” şirkəti rəsmən 4 sentyabr 1998-ci il tarixində təsis edilib, amma bəzən yaranma tarixini həm 7, həm də 27 sentyabr tarixində qeyd edir.

Mənbə: ICTnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274