İKT

Elektron dərslik portalında dərsliklərin sayı çoxaldı
23 SENTYABR
414

Elektron dərslik portalında dərsliklərin sayı çoxaldı

2016-09-23 16:14:00
Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az elektron dərslik portalına yeni dərsliklər əlavə olunub.
Təhsil Nazirliyindən verilən xəbərə görə, bununla portalda yerləşdirilən elektron kitabların sayı 143-dən 156-ya çatdırılıb. Portala əlavə olunan elektron kitablar Azərbaycan və rus bölmələri üzrə 5-ci sinif “Həyat bilgisi” və 9-cu sinif “Biologiya”, “Coğrafiya”, “İnformatika”, “Təsviri incəsənət”, “Fizika”, “Ümumi tarix” dərslikləridir. Növbəti aylarda digər siniflər üzrə dərslik və müəllim üçün metodiki vəsaitlərin hazırlanıb portal yerləşdirilməsi davam etdiriləcək.
Qeyd edək ki, elektron dərsliklər portalında indiyə qədər 93 342 nəfər qeydiyyatdan keçib. Bu müddət ərzində elektron dərslik və müəllim metodiki vəsaitləri 1 052 000 dəfədən çox istifadə olunub. Portala gündəlik 2500-4000 arası istifadəçi daxil olur. 2016-cı ilin ilk 9 ayında elektron dərslik portalından 285 808 nəfər faydalanıb. Bu rəqəm ötən illə müqayisədə 3 dəfə çoxdur. Belə ki, 2015-ci ilin 9 ayında portaldan cəmi 91 968 nəfər yararlanıb.
Mənbə: APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272