İKT

Rouminqdə olarkən necə qənaət etməli? - ŞƏXSİ TƏCRÜBƏ
23 SENTYABR
279

Rouminqdə olarkən necə qənaət etməli? - ŞƏXSİ TƏCRÜBƏ

2016-09-23 11:47:00
Xarici ölkələrə səfər edərkən mobil cihazlar vasitəsilə dünyanın hər yerində internetə daxil olub elektron poçtu yoxlamaq, sosial şəbəkələr vasitəsilə yazışmaq və danışmaq müasir dövrün uğurudur. Xüsusən xarici ölkəyə səfər edərkən şəxsi mobil nömrəmizi dəyişmədən telefonda internetdən istifadə etməyə və ya zəng edib sms qəbul etməyə ehtiyac duyuruq.
Biz bu ehtiyacımızı rouminq texnologiyası vasitəsilə ödəyirik. Mobil istifadəçilərin öz mobil operatorlarının əhatə dairəsini tərk etdikləri zaman rouminq səfərdə olanlar üçün xüsusən əhəmiyyət daşıyır. Məsələn, istifadəçilərinin öz ölkəsinin sərhədlərindən kənarda səyahət edərkən zəng edə və ya İnternet xidmətlərindən istifadə edə biləcəkləri haqda "Bakcell”in təklif etdiyi xidmətlər haqda məlumatım var idi. Xidmət mobil operatorla digər mobil şəbəkə provayderləri arasındakı razılaşmalar ilə tənzimlənən qaydalar çərçivəsində həyata keçirilir.
Əlbəttə, ezamiyyət və  məzuniyyətlərdə, turist və ya işgüzar səfərlər zamanı tez-tez xaricdə olanların "Rouminqdən istifadə edərkən necə çox pul sərf etməməli?”- deyə onları düşündürən suala mən də cavab axtarırdım. Hamı kimi çox vaxt da özümə "Danışıqları azaltmaq” yolu ilə cavabını verirdim. Amma dost və doğmalarla, eləcə də biznes məqsədləri üçün mobil telefonla əlaqə qurmaq istəyənlərə bu qərar o qədər də sərf etmir. Təbii ki, rouminq zamanı ödəniş məbləği ölkədaxili tariflərlə deyil, rouminq tarifləri ilə hesablanır. Bir ay öncə Almaniyada və Lüksemburqda olarkən CİN tarifində "Bakcell”in rouminqdən istifadə etdim və xeyli faydalandım. Heydər Əliyev Hava Limanında kodu yığdıqdan sonra Frankfurt aeroportunda təyyarədən enərkən dərhal yerli operatoru seçmək üçün mesaj aldım. "Vodafone” operatorunu seçməklə çıxan zənglərə görə 1.29, daxil olan zənglər üçün 39 qəpik,  bir SMS-ə görə 19 qəpik, 1 Mb internetə görə 1.19 qəpik  sərf etmək şansı qazandım. Doğmalarımla və dostlarımla rahat ünsiyyət qura bildim. Eyni qayda ilə Lüksemburqa səfərimdə  "Tanqo” operatorunu seçib eyni xidmətdən yararlandım. Rahat danışıq və internet xidmətindən istifadə xidməti məni məmnun etdi.
Bu günlərdə yenidən Almaniyaya işgüzar səfərim ərəfəsində "Bakcell”in mobil istifadəçilər üçün xarici ölkədə olan zaman internet xidmətlərini sadələşdirmək və daha sərfəli etmək üçün "Ağıllı internet tarifi” paketini təklif etdiyini öyrəndim. Bu, istifadəçilərə rominq zamanı da, ölkə daxilində istifadə etdikləri kimi təklif edilən internet paketidir. Həmin internet paketi ölkədaxili internet paketi qiymətlərindən baha olmasına baxmayaraq, hər meqabayt (Mb) üçün ödənilən məbləğin hesabı rouminq qiymətlərindən daha sərfəlidir. Bundan əlavə, istifadəçi rouminqdə olan zaman öz balansına nəzarət etmək imkanı əldə edir ki, bu da öz növbəsində çox vacibdir. Yəqin ki, xarici ölkədə olarkən birdən-birə balansın borcdan bağlanması bir çoxumuz üçün heç də arzuolunan hal hesab oluna bilməz. Xüsusilə də tanımadığınız ölkədə harasa getməyə çalışırıqsa. Belə internet paketləri hal-hazırda dünya təcrübəsində geniş istifadə olunur. Həmin paket vasitəsilə internetdən vətəndə olduğu kimi istifadə edə bildim. Rouminq operatorunu seçib təklifi aktivləşdirməklə paketdən faydalandım.
Rouminq biznesini ayrıca bir biznes dünyası adlandıran ekspert İmran Bağırovun fikrincə, ilk növbədə rouminq prosesinin necə getdiyini bilmək lazımdır. Belə ki, rouminq həmin ölkənin operatorunun qoyduğu qiymətdən başlayır: "Bütün dünyada rouminqdəki qiymətlər həmin ölkənin operatorunun verdiyi qiymətdən asılıdır. Əlbəttə, paketlərin qurulması üçün onun digər ölkələrə endirim verməsi lazımdır. Bəzi ölkələr endirimlər verir, bəzi ölkələr də var ki, operatorları heç bir endirim təklif etmirlər”. Ekspertlərin "Ağıllı internet tarifi” operatorların rəqabətdə uğurudur” fikirlərini abonentlərin istifadəçiləri olduqları xidmətdən razılıqları da təsdiqləyir.
"Bakcell”in istifadəçiləri ölkə xaricində olarkən provayderin təqdim etdiyi ağıllı internet paketinə avtomatik qoşulma imkanı qazanmaqla bərabər, xidmətin keyfiyyətindən  razılıq edir və paketdən rahatlıqla yararlana bilirlər. İstifadəçilər dünyanın harasında olduqlarından asılı olmayaraq "Bakcell" istifadəçiləri rouminq internetindən asanlıqla sərfəli qiymətlərlə faydalana bilirlər. Ölkənin ilk mobil operatoru bu sahədə liderliyini qoruyub saxlayır və abonentlərinin istifadəsi üçün trendləri davam etdirməkdədir. 
Mənbə: Kaspi.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270