İKT

Smartfon asılılığından xilas olmağın yolu tapılıb
23 SENTYABR
364

Smartfon asılılığından xilas olmağın yolu tapılıb

2016-09-23 09:30:00

Hollandiyalı startapçı tərəfindən hazırlanmış “DistractaGone” adlı sadə qurğu smartfondan asılılığı azaldacaq. Smartfon asılılığından xilas olma üsulu çox sadə olsa da, son dərəcə səmərəlidir. İdeya müəllifləri layihənin reallaşdırılmasına lazım olan vəsaiti “Kickstarter”də toplayırlar.

Fins.az xəbər verir ki, “DistractaGone”–smartfonlar üçün xüsusi seyfdir: dörd qurğu yerləşdirmək mümkündür və “AA” tipli batareyalarla işləyir.

Asılılıqdan xilas olmaq üçün sadəcə, smartfonu “DistractaGone” qurğusuna yerləşdirərək “taymer”i qurmalı, sonra isə üzərində qıfıl təsviri olan düymə sıxılmalıdır. “Taymer” bitməyənədək seyf açılmayacaq. Vaxt qurğunun qapağında qurulmuş ekranda əks olunur.

Qurğunun yaradıcıları bildirirlər ki, “DistractaGone” dostlarla birlikdə vaxt keçirmək üçün mükəmməl vasitədir.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272