İKT

“iPhone 7”-nin maya dəyəri nə qədərdir?
22 SENTYABR
652

“iPhone 7”-nin maya dəyəri nə qədərdir?

2016-09-22 10:55:00

Sentyabrın 21-də “İHS İnc” şirkətinin mütəxəssisləri “iPhone 7” smartfonunu ehtiyat hissələrinə ayırıblar və onun əsl qiymətini hesablayıblar.

Smartfonun qiyməti təxminən 225 dollar təşkil edib.

İxtisaslaşdırılmış mənbənin məlumatına görə, 32 Gb yaddaşa malik “iPhone 7”-nin ümumi dəyəri ehtiyat hissələrə ayrılan zaman cəmi 226,2 dollar təşkil edib. “Alma” telefonlarının yeni “iPhone 7” və “7 Plus” modelləri Rusiyada sentyabrın 23-də diler mərkəzlərində satışa çıxarılacaq.

“İHS İnc” mütəxəssislərinin məlumatlarına görə, “iPhone 7”-nin hissələrinin qiyməti 202,8 dollar olub. Cihazın qiymətinə həmçinin yığılma və cihaz üçün proqram istehsalı xərcləri də daxildir. Əlavə xərclərə isə reklam, qutu halına salınması və diler mərkəzlərinə çatdırılması xərcləri də daxildir. Modeli tirajlara bölsək, o zaman hər telefonun üstünə gələn əlavə pul 24 dollar təşkil edəcək. 

Bundan öncə “Apple” şirkətinin rəhbərliyi bildirib ki, hələlik yeni “iPhone 7”-nin qiymətinin dəyərləndirilməsinin aparılması barədə düşünmür.

Hazırda 32 Gb yaddaşlı smartfon versiyasının qiyməti 775 dollardır. “iPhone 7 Plus” modeli isə alıcıya 1 163 dollardan yuxarı başa gələcək. Bu il şirkət bildirib ki, onların mobil telefonlarının satışı 2015-ci ildəki gəlirin 66 faizini təşkil edib.  

Mənbə: lent.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272