İKT

Ən yaxşı ekran bu smartfondadır
20 SENTYABR
747

Ən yaxşı ekran bu smartfondadır

2016-09-20 20:02:00

"DisplayMate" mütəxəssislərinin hesabatına əsasən, "iPhone 7" smartfonunun ekranı bütün mövcud ekranlar arasında ən yaxşı adına layiq görülüb və yalnız smartfonları deyil, həmçinin "4K" təsvir ölçüsünə malik planşet və televizorları üstələyir.

Fins.az "lenta.ru" saytına istinadən xəbər verir ki, "iPhone 7" smartfonunun 4.7 düym diaqonallı və 1334x750 nöqtə təsvir ölçülü ekrana malik olmasına baxmayaraq, onda rəng verilişi və ziddiyyət göstəriciləri digər qurğulardan daha yaxşıdır.

"DisplayMate"in fikrincə, "iPhone 7" qurğusunun çıxarılmasına kimi 9.7 düym diaqonala malik "iPad Pro" planşeti ən yaxşı ekranla təchiz edilib. Həmçinin "Samsung Galaxy Note7" smartfonlar arasında ən yaxşı ekrana malik qurğu seçilib.

Xatırladaq ki, "Apple" şirkəti sentyabrın əvvəlində San-Fransiskoda keçirilmiş illik tədbirdə "iPhone 7" cihazını təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274